Çankırı Karatekin Univeristetinin professoru Naxçıvan Dövlət Universitetində mühazirələr oxuyub

12-16 may tarixlərində Erasmus KA171 müəllim mobilliyi proqramı çərçivəsində Türkiyənin Çankırı Karatekin Universiteti İqtisadiyyat kafedrasının müdiri professor Harun Yakışık Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində tələbələr üçün mühazirələr oxuyub.

Proqram çərçivəsində Naxçıvan Dövlət Universiteti və Çankırı Karatekin Universiteti arasında əməkdaşlığa əsasən İqtisadiyyat ixtisası üzrə ikili diplom proqramı ilə təhsil alan tələbələrlə görüş keçirilib, tələbələri maraqlandıran suallar cavablandırılıb.

Daha sonra qonaqla keçirilən görüşdə universitetin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruqiyyə Kərimova professora sertifikat təqdim edib.