Naxçıvan Dövlət Universitetinin Sosial Xidmət Mərkəzində Universitet rəhbərliyinin, Media və İctimaiyyətlə əlaqələr şöbəsinin təşəbbüsü ilə Naxçıvanda fəaliyyət göstərən media nümayəndələri ilə görüş təşkil olunub. Görüşdə Azərbaycan Dövlət Televiziyasının, AZƏRTAC-ın, APA-nın, Report İnformasiya Agentliyinin, “Nuhçıxan” İnformasiya Agentliyinin, Naxçıvan Televiziyasının, “Baku Tv”nin, “Şərq qapısı” qəzetinin, “Naxçıvanxəbərləri” Xəbər portalının əməkdaşları iştirak ediblər.
Qarşılıqlı əməkdaşlığın daha da möhkəmlənməsi, Naxçıvan Dövlət Universiteti haqqında geniş məlumatlılığın təmin olunmasında media nümayəndələri ilə bundan sonra da sıx fəalliyyətin önəmindən danışılıb.