Naxçıvan Dövlət Universitetinin əməkdaşları Fransanın Nis şəhərində təlimlərdə iştirak ediblər

01-12 iyul tarixlərində Fransanın Nis şəhərində yerləşən Cote d'Azur Universitetində Naxçıvan Dövlət Universitetinin tərəfdaşı olduğu LMQ-S (Qazaxıstan və Azərbaycanda səhiyyə sahəsində strateji keyfiyyət menecmenti və risklərin idarə olunması üzrə açıq və distant təhsil formatında peşə bakalavrı və magistri) layihəsi çərçivəsində təlimlər təşkil edilib.

Təlimlərdə layihə koordinatoru, rektor müşaviri Rəcəb Cəfərli, Tibb fakültəsinin Stomatologiya kafedrasının müəllimi İsmayıl Rzazadə iştirak edir.

Təlim iştirakçılarına Fransa ilə ikili diplomların hazırlanması, ikili diplomlarda pedaqoji yeniliklər, rəqəmsal həllərin təhsildə tətbiqi, innovativ pedaqogika, bacarıq əsaslı və proqram əsaslı yanaşmalar haqqında geniş məlumatlar verilib.