Naxçıvan Dövlət Universitetinin müəllim və elmi işçiləri üçün təlim təşkil olunub

Naxçıvan Dövlət Universitetində Sənaye mülkiyyəti obyektlərinin əsas istiqamətlərindən olan ixtira, faydalı model və sənaye nümunələrinin hazırlanması və qeydiyyata alınması ilə əlaqədar təlim keçilib.

24 və 25 iyun tarixlərində keçilən təlimdə sənaye mülkiyyəti obyektləri üzrə beynəlxalq sertifikatlara malik olan yerli mütəxəssis Məzahir Həsənli müəllim və elmi işçilərə bu sahədə vacib olan qaydaları, fərqləndirici xüsusiyyətləri, yenilik və orijinallıq ilə əlaqədar olan mühüm aspektləri, həmçinin iddia sənədinin tərtibatı qaydalarını izah edib.

Təlimdə elmi heyətin sualları cavablandırılıb və yeni hazırlanacaq olan işlərlə əlaqədar iddiaçılara yaxından köməklik göstəriləcəyi vurğulanıb.