Naxçıvan Dövlət Universitetinin Musiqi Kollecinin tələbələri “Sən elə bir zirvəsən” adlı respublika ifa müsabiqəsində uğur qazanıblar

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı peşə və orta ixtisas təhsili müəssisələri arasında respublika ifa  müsabiqəsi keçirilib.

NDU Musiqi Kollecinin tələbələri Caner Qurbanov və Şenay Bayramlı  keçirilən müsabiqədə rəqs nominasiyası üzrə I, bədii qiraət üzrə Gülay Ağazadə II,

Vokal qrupu II yerin qalibləri elan olunublar.

Tələbələrimiz Bakı şəhərində keçirilən mükafatlandırılma mərasimində iştirak ediblər.