“Naxçıvan Gənclər Debat Forumu” final və bağlanış mərasimi keçirilib

Naxçıvan Dövlət Universitetinin və, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, “Vətəndaş Cəmiyyətində Debat” (DVC) İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Naxçıvan Debat Mərkəzi təşkilatçılığı ilə keçirilən “Naxçıvan Gənclər Debat Forumu: Yaz, 2024”-ün final və bağlanış mərasimi baş tutub.

Tədbirin açılış mərasimində  Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Gənclər və İdman Nazirliyinin İctimai inkişaf sektorunun müdiri Elşən Qəhrəmanov,,  “Vətəndaş Cəmiyyətində Debat” İB-nin sədri Əli Abdullazadə, debat hakimləri, müxtəlif qurumların nümayəndələri və debatçı gənclər iştirak edib.

500-dən çox gəncin iştirak etdiyini forumun final mərhələsinə “El Primero” və “Trouvaille” komandaları vəsiqə qazanıb.

“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan “Naxçıvan Gənclər Debat Forumu: Yaz, 2024” Forumunun qalibi hakimlərin qərarına əsasən “El Primero”seçilib.

Forumun natiqliyi ilə seçilən ən yaxşı natiqləri, finalçı və çempion komandalar mükafatlandırılıb. Naxçıvan Debat Forumun ən maraqlı anları videoçarx ilə nümayiş olunub.

Forumda iştirak edən hərkəsi təbrik edir və uğurlar diləyirik!