Naxçıvan Dövlət Universiteti ilə xarici təhsil müəssisələri arasında ikitərəfli əməkdaşlıq çərçivəsində tələbələr əcnəbi universitetlərdə təhsil imkanı əldə edir.

Naxçıvan Dövlət Universiteti ilə xarici təhsil müəssisələri arasında ikitərəfli əməkdaşlıq çərçivəsində tələbə mübadiləsi proqramı vasitəsi ilə tələbələr əcnəbi universitetlərdə təhsil imkanı əldə edir.

Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin “Biologiya” ixtisası üzrə III kurs tələbəsi Sima Məmmədova bu imkandan yararlanıb. Bir semestr müddətində Türkiyə Respublikasının Qazi Universitetində təhsilini uğurla başa vurub.

Qeyd edək ki, 30 aprel tarixində Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Türkiyənin Qazi Universitetinə səfəri çərçivəsində mübadilə müddətində həmin universitetdə olan tələbələrlə görüşüb.