Naxçıvan Dövlət Universitetində uzun illər fəaliyyət göstərərək təhsil müəssisəsinin inkişafına mühüm töhfələr vermiş tədrisə köməkçi heyət üzvləri ilə görüş keçirilib.
Universitetin rektoru, Elbrus İsayev təqaüdə yola salınan əməkdaşları səmimi qəlbdən təbrik edib, onlara göstərdikləri xidmətlərə və universitetin fəaliyyətində göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib. Rektor çıxışında qeyd edib ki, hər bir əməkdaşın zəhməti, sədaqəti və fədakarlığı universitetin uğurlarında xüsusi rol oynayır.
Təqaüdə yola salınan əməkdaşlar da öz növbəsində göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə minnətdarlıqlarını ifadə edərək, uzun illər çalışdıqları kollektivdə qazandıqları təcrübə və dostluq münasibətlərinin onlar üçün dəyərli olduğunu vurğulayıblar.