Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin müəllim və tələbələrinin Hacettepe Universitetində yay istehsalat təcrübələrində iştirakı davam edir

Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin müəllim və tələbələrinin Türkiyənin nüfuzlu ali təhsil müəssisələrindən biri olan Hacettepe Universitetinin Tibb fakültəsində yay istehsalat təcrübələrində iştirakı davam edir.

NDU-nun "Tibb" ixtisası üzrə tələbələri Hacettepenin Cərrahiyyə, Pediatriya, Reanimasiya və digər şöbələrində əməliyyat və müayinələrdə olur, bilik və bacarıqlarını artırırlar.

Qeyd edək ki, hazırda NDU-nun 6 həkim, 1 həkim-rezident və 9 tələbədən ibarət qrupu Hacettepe Universitetində təcrübə keçirlər.