Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin Türkiyə ali təhsil müəssisələrində 7-18 iyul tarixlərini əhatə edən təcrübə dövrü davam edir
9 iyul tarixində Ege Universitetinin rektor köməkçisi Professor dr. Mehmet Ersan NDU-nun təcrübədə olan həkim, müəllim və tələbələrdən ibarət 55 nəfərlik kollektivi ilə görüş keçirib.
Görüşdə ikitərəfli əməkdaşlıqdan məmnunluq ifadə olunub, təcrübənin səmərəliliyinin artırılması istiqamətində fikir mübadiləsi aparılıb.