Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin tələbə və həkim heyyətinin Qaradəniz Texniki Universitetinin Farabi xəstəxanasında təcrübələri davam edir

   Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin tələbə və həkim heyyətinin Türkiyə Respublikasının Trabzon şəhərində Qaradəniz Texniki Universitetinin Farabi xəstəxanasında təcrübələri davam edir.
Təcrübə dövründə NDU-nun tələbələri ilə yanaşı, həkimlər də Farabi xəstəxanasında öz həmkarları ilə mövcud tibbi müayinələrdə iştirak edir, diaqnostik kriteriyaların müzakirəsini aparır. Qeyd edək ki, Farabi xəstəxanasının Kardiologiya şöbəsində adətən xarici vətəndaşlara xəstə müalicəsi və qəbulu icazəsi verilmir, ancaq NDU ilə əməkdaşlıq çərçivəsində universitetin Tibb fakültəsinin nümayəndə heyətinə  xəstə müayinə etmək icazəsi verilir və şərait yaradılır.