Xəbər verdiyimiz kimi, Naxçıvan Dövlət Universitetin 240 nəfərlik professor-müəllim və tələbələrdən ibarət heyəti Türkiyənin nüfuzlu ali təhsil ocaqlarında təcrübə prqramında iştirak edirlər.
NDU-nun Tibb fakültəsinin 1 həkim,13 tələbədən ibarət heyəti Ankara Universitetinin, 1 həkim,16 tələbədən ibarət qrupu isə Qazi Universitetinin Diş həkimliyi fakültəsinin klinikalarında praktiki təcrübələrini davam etdirməkdədir.
Xatırladaq ki, hər iki universitetdə tələbələr Ağız, üz- çənə cərrahiyyəsi, Ortodontiya, Parodontoloji, Oral radiologiya, Protez və Endodontiya bölmələrində 7-18 iyul tarixlərini əhatə edəcək təcrübə dövrü keçəcəklər.