NDU Elmi Kitabxanasının təşkil etdiyi ödənişsiz ingilis dili kursunu müvəffəqiyyətlə bitirən iştirakçıların mükafatlandırma mərasimi keçirilib

Bu münasibətlə keçirilən tədbirdə universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, tarix üzrə fəlsəfə, doktoru, dosent Arzu Abdullayev son dövrlər Elmi Kitabxananın əldə etdiyi nailiyyətlərdən bəhs edib. Qeyd olunub ki,  kitabxanada həyata keçirilən uğurlu layihələr birbaşa oxucu sayının artmasına, mütaliəyə olan marağın güclənməsinə səbəb olub.

NDU Elmi Kitabxanasının direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent

Xumar Məmmədova, Xarici dillər fakültəsinin dekan müavini, filologiya üzrə fəlsəfə doktoru Yasin Babazadə, kurs iştirakçı müəllimlərindən “Nəzəri fizika” kafedrasının müdiri, fizika üzrə fəlsəfə doktoru, dosent Billurə Hacıyeva, kursda müəllim kimi fəaliyyət göstərən universitetin “İngilis dili müəllimliyi” ixtisası üzrə II kurs tələbəsi Arzu Hüseynova və kursun iştirakçı tələbələrindən “Filologiya” ixtisasının II kurs tələbəsi Akşin Abbaszadə yaradılan münbit təhsil şəraitinə, əldə edilən uğurlara görə universitet rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

          Daha sonra kurs iştirakçılarının mükafatlandırma mərasimi keçirilib, xatirə şəkilləri çəkdirilib.