NDU-nun Tibb fakültəsinin 3 həkim, 3 müəllim, 9 həkim-rezident və 43 tələbədən ibarət heyəti İzmir şəhərində Ege Universitetinin Tibb fakültəsində təcrübə proqramında iştirak edirlər

NDU-nun Tibb fakültəsinin 3 həkim, 3 müəllim, 9 həkim-rezident və 43 tələbədən ibarət heyəti İzmir şəhərində Ege Universitetinin Tibb fakültəsində təcrübə proqramında iştirak edirlər.

Heyət 7-18 iyul tarixlərində Təcili yibbi yardım Daxili xəstəliklər, Pediatriya, Ginekologiya və digər bölmələr üzrə təcrübələri davam edir.

Burada tələbələr 3-4 nəfərlik qruplar şəklində təcrübə keçir, mövcud tibbi müayinələrdə iştirak edir, bilik və bacarıqlarını artırırlar.

Qeyd edək ki, 7 iyul tarixindən Türkiyənin qabacqıl ali təhsil müəssisələrində NDU-nun Tibb fakültəsinin 240 nəfərlik həkim, müəllim və tələbələrdən ibarət nümayəndə heyətinin təcrübə proqramına start verilib.