NDU-nun bir əməkdaşı elmi ad, iki əməkdaşı isə elmi dərəcə alıb

Naxçıvan Dövlət Universitetinin bir əməkdaşı professor, digər iki əməkdaşı fəlsəfə doktoru üzrə diplom alıb. 

 

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin müvafiq qərarı ilə Azərbaycan tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, dosent Xəzər Hüseynova professor elmi adı verilib. Coğrafiya kafedrasının müəllimi Türkanə Əliyeva coğrafiya üzrə fəlsəfə doktoru və İngilis dili və metodika  kafedrasının baş müəllimi Cavid Babayev isə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

 

Naxçıvan Dövlət Universiteti adından əməkdaşlarımızı təbrik edir, elmi fəaliyyətlərində müvəffəqiyyətlər diləyirik!