Tibb fakültəsinin 6 həkim, 1 həkim-rezident rəhbərliyində 9 tələbədən ibarət qrupunun Hacettepe Universitetinin Tibb fakültəsində yay istehsalat təcrübələrində iştirakı davam edir

Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin 6 həkim, 1 həkim-rezident rəhbərliyində 9 tələbədən ibarət qrupunun Hacettepe Universitetinin Tibb fakültəsində yay istehsalat təcrübələrində iştirakı davam edir.

Təcrübə müddəti ️ "Tibb" ixtisası üzrə tələbələr Hacettepenin Cərrahiyyə, Pediatriya, Reanimasiya və digər şöbələrində əməliyyat və müayinələrdə olur, bilik və bacarıqlarını artırırlar.

Qeyd edək ki, 7 iyul tarixindən Türkiyənin qabacqıl ali təhsil müəssisələrində NDU-nun Tibb fakültəsinin 240 nəfərlik həkim, müəllim və tələbələrdən ibarət nümayəndə heyətinin təcrübə proqramına start verilib.