Türkiyədə təcrübədə olan Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin həkimləri Qaradəniz Texniki Universitetində Radiologiya bölmə rəhbəri Prof. Dr. Polat Koşucu ilə görüşüb

NDU-nun həkim heyəti Türkiyənin ən güclü şüa diaqnostika (ultrasəs, MRT,KT) ve invaziv müdaxilələrin (damar içi mudaxilə) aparıldığı Radiologiya bölməsi ilə tanış olublar. 

Qeyd edək ki, Qaradəniz Texniki Universitetinin Radiologiya bölməsi Türkiyənin sayılı mərkəzlərindəndir ki, burada beyin damarlarının trombozu (beyin infarkti) zamanı beyin damarlarına təcili müdaxilə ilə trombun xaric edilməsi prosesi aparılır.