Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Naxçıvan Dövlət Universitetinin Tibb Kollecində tədbir keçirilib

Tədbirdə son illər planetimizdə baş verən təbii fəlakətlər, qlobal istiləşmə, daşqınlar, torpaq sürüşmələri və digər kataklizmlər haqqında müzakirələr aparılıb. Ətraf mühitin saflaşdırılmasında, mühafizəsində meşələrin, yaşıllıqların rolunun əvəzolunmaz olduğu vurğulanıb.

Sonra kollec tələbələrinin “Yaşıl gələcək bizdən sonrakı nəsillərə verəcəyimiz ən dəyərli mirasdır” adlı çıxışları dinlənilib.