Rektor – Elbrus Saleh oğlu İsayev 

Qısa bioqrafik məlumat:

7 oktyabr 1979-cu ildə Naxçıvan şəhərində anadan olmuşdur.

1996-2000-ci illərdə Naxçıvan Dövlət Universitetində təhsil almışdır.

2000-2002-ci illərdə Naxçıvan Dövlət Universitetində magistratura təhsili almışdır. Tədqiqat sahəsi:  Siyasi repressiyalar

2002-2006-ci illərdə Naxçıvan Dövlət Universitetində doktorantura təhsili almışdır. Tədqiqat sahəsi: Beynəlxalq mədəni-iqtisadi və diplomatik əlaqələrin tarixi

Doktorluq mövzusu: Böyük İpək yolu və Naxçıvan

1998 – 2001-ci ilərdə Naxçıvan Dövlət Universitetinin Gənclər təşkilatının sədri vəzifəsində çalışmışdır.

2001-2008-ci illərdə Naxçıvan Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışmışdır.

2000-2005-ci illərdə Naxçıvan MR Dövlət Televiziya və Radio verilişləri Komitəsində redaktor vəzifəsində işləmişdir.

2000-2008-ci illərdə Naxçıvan Dövlət Universitetinin  Azərbaycan  tarixi  kafedrasında baş müəllim, 2008-ci ildə isə Beynəlxalq münasibətlər kafedrasında  baş müəllim vəzifəsində işləmişdir.

2008-2012-ci illərdə Naxçıvan Dövlət Universitetinin  Magistratura üzrə dekanı vəzifəsində çalışmışdır.

2013-cü ildə Naxçıvan Özəl Universiteti  Humanitar Elmlər kafedrasının müdiri, 2014-2018-ci illərdə “Naxçıvan” Universiteti İdarəetmə fakültəsinin dekanı, “Naxçıvan” Universiteti Beynəlxalq münasibətlər kafedrasının dosenti vəzifələrində çalışmışdır.

2014-2018-ci illərdə “İstedad-XXI əsr” MMC-nin təsisçisi və direktoru olmuşdur.

2018-2019-cu illərdə Naxçıvan  Müəllimlər  İnstitutunun rektoru vəzifəsində çalışmışdır.

2019-cu ildən Naxçıvan Dövlət Universitetinin rektoru təyin edilmişdir.

Təltiflər

2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə Azərbaycan “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişdir.

2019-cu ildə Azərbaycan Respublikası Təhsil nazirinin əmri ilə  “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif edilmişdir.

1997-ci ildə Naxçıvan Dövlət Universiteti Elmi Şurasının qərarı ilə Heydər Əliyev adına təqaüdə layiq görülmüşdür.

2001-ci ildə təhsil sahəsindəki uğurlarına görə Naxçıvan MR Gənclər, İdman və Turizm Nazirliyi və YAP Gənclər Birliyi tərəfindən “İlin ən yaxşı gənci”  adına layiq görülmüşdür.

2007-ci ildə Gənc nəslin təlim-tərbiyəsi sahəsində səmərəli fəaliyyətinə və Naxçıvan Dövlət Universitetinin 40 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri fərmanı ilə təltif olunmuşdur.

2008-ci ildə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası İcraiyyə Komitəsinin qərarı ilə yubiley medalı ilə təltif olunmuşdur.

2012-ci ildə Sosial şəbəkələrdə fəallığına, Naxçıvan tarixinin tədqiqi və təbliğinə görə təltif olunmuşdur.

Üzvü və rəhbəri olduğu elmi qurum, nəşr və təşkilatlar

2012-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür

2014-cü ildən “Naxçıvan ” Universiteti Elmi Əsərlər jurnalının redaksiya heyətinin üzvüdür

2018-2019-cu ildən  -Naxçıvan Müəllimlər İnstitutu Elmi Əsərlər Jurnalının baş redaktoru  olmuşdur

2019-cu ildən Naxçıvan Dövlət Universiteti Elmi Əsərlər Jurnalının baş redaktorudur

1997-2012- ci illərdə Naxçıvan Dövlət Universiteti Elmi Şurasının üzvü olmuşdur

2014-2018-ci illərdə “Naxçıvan” Universiteti Elmi Şurasının üzvü olmuşdur

2018-2019-cu illərdə Naxçıvan Müəllimlər İnstitutu Elmi Şurasının sədri olmuşdur

2019-cu ildən Naxçıvan Dövlət Universiteti Elmi Şurasının sədridir

Elmi əsərləri

50-dən artıq tarixi-siyasi və sənədli televiziya verilişlərinin  müəllifidir.

60-a yaxın elmi və publisistik əsərin, 1 monoqrafiya, 1 dərs vəsaiti, 2 meteodik vəsaitin müəllifidir.

KONFRANS, SEMİNAR VƏ SİMPOZİUMLAR

2002- Gürcüstan /Tbilisi şəhəri, İncəsənətdə beynəlxalq əlaqələr. Beynəlxalq konfrans

2004-Türkiyə / İzmir şəhəri, Türk dilini ve kültürünü öyrənmə Simpoziumu

2006-Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ixtisasartırma kursu

2007- Türkiyə / Iğdır şəhəri, Sözdə Erməni soyqırımı. Beynəlxalq  konfrans

2007-Azərbaycan / Naxçıvan şəhəri, «Azərbaycan-Türkiyə ədəbi-mədəni və iqtisadi əlaqələri»  Beynəlxalq simpozium

2008-Türkiyə / Kars şəhəri, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 85-ci ildönümünə həsr olunmuş elmi konfrans

2009-Türkiyə / Kars şəhəri, IV Türk Dış Politikası, Beynəlxalq Simpozium

2009- İran / Təbriz şəhəri, Tarixdə Qafqaz , Beynəlxalq konfrans

2010- ABŞ (Kaliforniya) Los-Angeles şəhəri, SİFE (Tələbələr Azad Sahibkarlıq fəaliyyətində) Dünya Çempionatı

2010- Azərbaycan / Naxçıvan şəhəri, Sivilizasiyaların dialoqu Nil çayından Araz vadisinədək, Beynəlxalq simpozium

2011 – Türkiyə / Sarıqamış şəhəri, Sarıqamış əməliyyatının 96-cı ildönümünə həsr olunmuş beynəlxalq konfrans

2011 – Malayziya Kuala Lumpur,  SİFE (Tələbələr Azad Sahibkarlıq fəaliyyətində) Dünya Çempionatı

2011 – Türkiyə/ İğdır. II Beynəlxalq Araz Simpozyumu

2012 -Türkiyə/ Bitlis. I Beynəlxalq Əhlət-Avrasya Mədəniyyət və İncəsənət Simpozyumu

2012 – Azərbaycan / Naxçıvan şəhəri, Naxçıvan ilkin şəhər və Duzdağ Beynəlxalq simpozyumu

2013 – Türkmənistan / Aşqabad, Beynəlxalq konfrans

2014- Portuqaliya / Lissabon, Avropaşünaslıq təlimi

2014- ABŞ (İlinoys), Çikaqo-  IX Beynəlxalq İpək yolu konfransı

2015- Azərbaycan / Naxçıvan şəhəri, Beynəlxalq İpək yolu Konfransı

2018- Azərbaycan / Naxçıvan şəhəri, “Ümumtəhsil məktəblərində psixoloji xidmətin təşkili və səmərəliliyinin artırılması” mövzusunda elmi-praktik konfrans

2019- Azərbaycan / Naxçıvan şəhəri, “Ümumi təhsildə kurikulum islahatları: nəticələr, reallıqlar və perspektivlər” mövzusunda elmi-praktik konfrans

2019- Azərbaycan / Naxçıvan şəhəri,  Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş “Muxtariyyətin bəhrələri: Naxçıvanda elm və təhsil”  mövzusunda elmi-praktik konfrans

2019- Azərbaycan / Naxçıvan şəhəri , “Naxçıvan xalçaçılığı: keçmişdən  günümüzə” mövzusunda elmi-praktik konfrans

2019- Azərbaycan / Naxçıvan şəhəri, “Təhsil-tədqiqat-innovasiya”: doktorant və magistrantların I Regional elmi konfransı