Seyid Surə Namidar qızı, Filologiya üzrə fəlsəfə doktoru, dosent

Seyid Surə Namidar qızı 25 iyun 1978-ci ildə Naxçıvan şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1994-cü ildə Naxçıvan Dövlət Universitetinin bakalavriat pilləsi üzrə Azərbaycan dili və ədəbiyyat ixtisasına qəbul olmuşdur. 1998-ci ildə həmin universitetin magistratura pilləsinin Azərbaycan ədəbiyyatı ixtisaslaşmasında təhsilimi davam etdirmişdir. 2000-ci ildə Naxçıvan Dövlət Universitetində mətbuat xidmətinin rəhbəri kimi əmək fəaliyyətinə başlamışdır. Paralel olaraq 2001-ci ildən Jurnalistika və dünya ədəbiyyatı kafedrasında pedaqoji fəaliyyətə başlamışdır.

2006-cı ilədək pedaqoji fəaliyyətlə yanaşı, universitetin “Fikir” jurnalının redaktoru, Naxçıvan şəhər icra hakimiyyətinin “Nuh Yurdu” qəzetinin baş redaktoru olmuşdur. 2006-cı ildən “Jurnalistika və dünya ədəbiyyatı” kafedrasının müdiri təyin edilmişdir. 2013-cü ildə dosent elmi adı almışdır.

2011-ci ildən 2018-ci ilin iyununadək Naxçıvan Dövlət Universitetinin Tədris işləri üzrə Prorektoru vəzifəsində fəaliyyət göstərmişdir. 2018-ci ildə “Fənlərin tədrisi metodikası və texnologiya müəllimliyi” kafedrasının müdiri seçilmişdir. 2019-cu ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun Sərəncamı ilə Naxçıvan MR Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri təyin edilmişdir. 2021-ci ildən Naxçıvan Dövlət Universitetinin “Fənlərin tədrisi metodikası və texnologiya müəllimliyi” kafedrasının dosenti təyin olunmuşdur. Hal-hazırda burada pedaqoji fəaliyyətini davam etdirir.

 

                 Dərc olunmuş elmi əsərləri və proqramlar.

  1. Əli Razi Şəmçizadənin dramaturgiyası, Naxçıvan Dövlət Universiteti, “Elmi əsərlər”, №7, “Qeyrət” nəşriyyatı, Naxçıvan, 2000, s.85-89
  2. Şərq qapısı” qəzetinin ilk yubileyi, Naxçıvan Dövlət Universiteti, “Elmi əsərlər”, №9, “Qeyrət” nəşriyyatı, Naxçıvan, 2002, s.94-96
  3. Naxçıvanda BasınTarihindən sayfalar, “Türk kültürü”, aylık (Türk kültürü araşdırma enstitüsü), sayı 470, Haziran 2002, S. 346-350
  4. “Şərq qapısı” qəzetinin tarixində mühüm mərhələ, Naxçıvan Dövlət Universiteti, “Elmi əsərlər” №13, “Qeyrət”, Naxçıvan, 2004, S.72-74
  5. 1920-ci illər Naxçıvan ədəbi mühiti və mətbuatı Müzəffər Nəsirli yaradıcılığında, Naxçıvan Dövlət Universiteti, “Elmi əsərlər” №17, “Qeyrət” nəşriyyatı, Naxçıvan, 2005, S. 87-91
  6. Mirzə İbrahimovun Naxçıvanda ədəbi proses və mətbuatın inkişafında rolu, Azərbaycanda elmin inkişafı və regional problemlər, (AMEA Naxçıvan bölməsi) Bakı, “Nurlan”, 2005, S.277-283
  7. 85 illik tarixin mətbuat salnaməsi, “Naxçıvan mətbuatı: dünən və bu gün”, Naxçıvan Mətbuat Şurası, Naxçıvan, 2006, Səh. 30-53
  8. “Ədəbiyyat” və “Sürət” qəzetlərinin nəşri tarixinə bir nəzər, “Naxçıvan mətbuatı: dünən və bu gün”, Naxçıvan Mətbuat Şurası, Naxçıvan, 2006, S.63-73
  9. Sovetlər dövründə nəşr olunan ilk müstəqil qəzet, BDU, “Xəbərlər”, 2007, №1, S.178-183
  10. Şərq qapısı qəzeti Böyük Vətən Müharibəsi illərində, Naxçıvan Dövlət Universiteti, “Elmi əsərlər” №1 (21), “Qeyrət”, Naxçıvan 2007, S.116-121
  11. Heydər Əliyev və “Şərq qapısı” qəzeti, Naxçıvan Dövlət Universiteti, “Elmi əsərlər”, Xüsusi buraxılış, “Qeyrət”, Naxçıvan 2008, S.78-80
  12. “Şərq qapısı” qəzetində Naxçıvanda yeni dövr ədəbi mühitinin yaranması məsələləri, Naxçıvan Dövlət Universiteti, “Elmi əsərlər”, “Qeyrət” nəşriyyatı, Naxçıvan 2008, S.120-124
  13. “Şərq qapısı” qəzeti­nin nəşri tarixinə dair. “Təhsil ocağı” (Elmi, metodiki və publisistik jurnal), № 3-4, Bakı, 2008, S. 43-48
  14. Şərq qapısı qəzeti və Naxçıvanda ədəbi mühit, Şərq qapısı qəzeti və Naxçıvanda ədəbi mühit Bakı, “Elm və təhsil”, 2010
  1. Naxçıvanda mətbuatın inkişaf tarixi, Naxçıvan, “Əcəmi”, 2011
  2. 90 yaşlı “Şərq qapısı”, 90 yaşlı “Şərq qapısı”, Bakı, Elm və həyat jurnalı, №4 (449), 2011, S. 105-108
  3. Mirzə Ələkbər Sabir poeziyasında dramaturgiya elementləri: dialoqlar, Naxçıvan Dövlət Universiteti, “Elmi əsərlər” №2 (42), “Qeyrət”, Naxçıvan 2011, S.12-20
  4. M.Ə.Sabir və XX əsrin əvvəlləri Azərbaycan satirik poeziyasında dramaturgiya elementləri, Azərbaycan Müəllimlər İnstitutu, “Xəbərlər” jurnalının xüsusi buraxılışı, 2012, (Respublika Elmi Praktik Konfrans materialları), S. 32-41
  5. Heydər Əliyev və Azərbayca sevgisi, Naxçıvan Dövlət Universiteti, “Elmi əsərlər” №1 (50), “Qeyrət”, Naxçıvan 2013, S.28-31
  6. Əli Vəliyev və Mirzə İbrahimov Naxçıvanda mətbuat və ədəbi inkişafin təkanverici qüvvəsi kimi, Qars Qafqaz Universiteti, “Azərbaycanşünaslıq: Keçmişi, bu günü və gələcəyi” beynəlxalq simpozium materialları. Qars, 2015, s. 534-541
  7. The History of Press in Nakhchivan, Nakhchivan, “Ajami”, 2015
  8. Naxçıvanda distant təhsilin tətbiqi imkanlar, Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu, Naxçıvan Dövlət Universiteti və Naxçıvan Müəllimlər İnstitutu, “Azərbaycanda təhsil quruculuğunun prioritetləri: müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi konfransın materialları. Naxçıvan, 2015, s. 40-42
  9. XX əsrin əvvəllərində Naxçıvanda yeni dövr ədəbiy­yatının yaranması və inkişaf istiqamətləri, Naxçıvan Dövlət Universiteti, “Elmi əsərlər” №1 (82), “Qeyrət”, Naxçıvan 2017, s.18-21
  10. “Şərq Qapısı” qəzeti səhifələrində Naxçıvan ədəbi mühitinə elmi qiymət, Naxçıvan Dövlət Universiteti, “Elmi əsərlər” №5 (86) I cild, “Qeyrət”, Naxçıvan 2017, s.264-268
  11. Azərbaycanın görkəmli ədiblərinin Naxçıvanda mətbuatın inkişafında rolu. Naxçıvan Dövlət Universiteti, “Elmi əsərlər” №1 (90), “Qeyrət”, Naxçıvan 2018, s.104-108
  12. Гендерное равенство и расширение економичечких возможностей женщин в Азербайджане, Naxçıvan Dövlət Universiteti, “Elmi əsərlər” №2 (91), “Qeyrət”, Naxçıvan 2018, s.152-157
  13. The History of Press in Nakhchivan, Printed by books on demand GmbH, GmbH, Norderstedt, Germany, 2018
  14. Yüksəliş və inkişafın Naxçıvan modeli, Naxçıvan Muxtar Respublikası Ali Məclisi. “Naxçıvan jurnalı” .
  15. Azərbaycan satirik poeziyasında dramaturgiya elementləri, Bakı, Elm nəşriyyatı, 2018 Dayanıqlı inkişaf, uğurlar, perspektivlər 1995-2020 (xüsusi buraxılış) Naxçıvan, 2021
  1. The history of press in Nakhchivan, https://opconews.com , London, 12 June, 2021
  2. 3 Yüksəliş və inkişafın Naxçıvan modeli. (elmi məqalə) Naxçıvan Muxtar Respublikası Ali Məclisi. “Naxçıvan jurnalı” Dayanıqlı inkişaf, uğurlar, perspektivlər 1995-2020 (xüsusi buraxılış). Naxçıvan, 2021
  3. Azərbaycan dövlətçilik tarixində Naxçıvan. Tərəqqi və inkişafın Naxçıvan modeli. “Azərbaycan” qəzeti 16 yanvar 2021
  4. The history of press in Nakhchivan. https://opconews.com , London, 12 June, 2021
  5. “Şərq qapısı” qəzeti Azərbaycanın müstəqilliyi dövründə. “İki sahil” qəzeti, 20 iyun 2021
  6. Naxçıvanın yeni tarixinin mükəmməl salnaməsi. “525-ci qəzet”, 22 iyun 2021
  7. Naxçıvanda Yazıçılar Birliyinin yaranması və inkişafı məsələləri “Şərq qapısı” qəzeti səhifələrində. “Ədəbiyyat qəzeti”, 8 iyul 2021
  8. First independent newspaper published in Soviet period. Trend.az , July 14, 2021
  9. Naxçıvanda Yazıçılar Birliyinin yaranması və inkişafı məsələləri “Şərq qapısı” qəzeti səhifələrində. “Ədəbiyyat qəzeti”, 15 iyul 2021