1985-ci il yanvarın 20-də Naxçıvan şəhərində anadan olmuşdur. 2003-2007-ci illər Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya – İngilis dili üzrə bakalavr (Fərqlənmə diplomu), 2008-2010-cu illər Naxçıvan Dövlət Universitetinin Dilşünaslıq-Xarici Dillər-İngilis dili üzrə magistr (Fərqlənmə diplomu) məzunudur. Hal-hazırda İspaniyanın Santiaqo de Kompostela şəhərində KITH Language Schoolda ingilis dili müəllimi və təlimçi-koordinator kimi fəaliyyət göstərir. Eyni zamanda, Santiaqo de Kompostela Universitetinin Dilçilik üzrə son kurs doktorantura tələbəsi və tədqiqatçısıdır. Semiotika, linquosemiotika, ingilis dilinin təlimi üzrə bir neçə beynəlxalq elmi məqalənin müəllifi, 2021-ci il Kevelson, 2022-ci il 3MT (Tezisin 3 dəqiqədə) və bəzi digər mükafatlarının qalibidir
(Daha ətraflı: https://www.researchgate.net/profile/Jamila-Farajova; https://orcid.org/0000-0001-8715-750X; https://www.linkedin.com/in/jamila-farajova-91849a304)