Dilqəm Əhməd 1985-ci ildə İrəvanda anadan olmuşdur. 2003-2007-ci illərdə Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsində bakalavr, 2008-2010-cu illərdə isə magistr təhsili almışdır. Hal-hazırda Türkiyədəki İstanbul Universitetində tarix üzrə doktorantura təhsili almaqdadır.
Azərbaycan Cümhuriyyəti və mühacirət tarixi üzrə araşdırmalar aparır və bu mövzuya dair bir sıra kitabların müəllifidir. Bu il Azərbaycanın İstanbuldakı Baş Konsulluğu tərəfindən "Son mənzili İstanbul olan azərbaycanlılar" adlı kitabı nəşr edilmişdir.
Dilqəm Əhməd "Çapar" Milli İrsin Tədqiqi Mərkəzinin sədri və Qərbi Azərbaycan İcmasının İstanbul təmsilçisidir.