Kərimova Gülsüm Zeyqəm qızı
11.11.1993-cü ildə NMR-nın Babək rayon Şəkərabad kəndində anadan olub. 1999-2010-cu illərdə Babək rayon Şəkərabad kənd tam orta məktəbində və 2002-2009- Naxçıvan şəhər Uşaq Musiqi və İncəsənət Məktəbində fortepiano ixtisası üzrə musiqi təhsil alıb. 2010-2014-cü illərdə Naxçıvan Dövlət Universitetinin Xarici dil ( Fransız dili ) müəllimliyi ixtisasını (bakalavr) fərqlənmə diplomu ilə, 2014-2016-cı illərdə Ümumi pedaqogika, pedaqogikanın nəzəriyyəsi və tarixi (Magistr) ixtisasını fərqlənmə diplomu ilə başa vurub. 2011-2014-cü illərdə Naxçıvan Dövlət Universitetində bakalavr təhsili aldığı müddətdə Abbas Zamanov adına adlı təqaüdə layiq görülmüşdür. 2018-2022-ci illərdə “Naxçıvan” Universitetində Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi-(5804.01) ixtisası üzrə Doktorantura təhsili alıb.
2016 yanvar-2016 iyun tarixləri arasında Naxçıvan Dövlət Rəsm Qaleriyasında bələdçi, 2016 iyun -2022 fevral tarixləri arasında “Naxçıvan Universiteti”-də Beynəlxalq əlaqələr şöbəsi-məsləhətçi və Xarici tələbələrə Azərbaycan dili fənninin tədris olunmasında saat hesabı müəllim, 2018-2020-ci illərdə Naxçıvan şəhər Gənclər Mərkəzində İngilis dili danışıq kursunda ingilis dili müəllimi, 2018-2019-cu illərdə “Naxçıvan” Universitetinin nəzdində fəaliyyət göstərən İdeal mərkəzdə fransız dili üzrə müəllim, 2022 fevral-2023 oktyabr tarixləri arasında Naxçıvan Dövlət Universiteti, Elm və innovasiyalar bölməsində aparıcı elmi işçi vəzifələrində çalışıb. 2023-cü ilin oktyabr ayından Naxçıvan Dövlət Universitetində Elmi fəaliyyətin təşkili və təhlili şöbəsində aparıcı elmi işçi və Roman-german dilləri kafedrasının saat hesabı müəllimi vəzifəsində işləyir.
Bir çox beynəlxalq təlimlərdə iştirak edib. Bir çox ölkə daxili və beynəlxalq konfranslar və digər fəaliyyətlərdə Təşkilat Komitəsinin üzvüdür. Naxçıvan Dövlət Universitetinin patnyor olduğu FTLV Qualité Santé layihəsində layihə meneceridir.
Xarici dillər: Fransız dili, İngilis dili, Rus dili
Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, iki övladı var.
Seçilmiş əsərlər:
- Əcnəbilər üçün Azərbaycan dili dərsliyi-Dərs vəsaiti- “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi, Naxçıvan-2021.
- Kimsəsiz uşaqların ümumi xüsusiyyətləri-məqalə / “Naxçıvan” Universitetinin Elmi əsərlər jurnalı. №1 (4). 2017
- Tərbiyə anlayışı və pedaqogika elmində tərbiyəyə verilən təriflər-məqalə/ Naxçıvan” Universitetinin Elmi əsərlər jurnalı. №3 (6). 2017
- Atalar sözləri dəyərli öyüd vasitəsi kimi məqalə/“Naxçıvan” Universitetinin Elmi əsərlər jurnalı. №2. 2019
- Kiçik məktəbyaşlı şagirdlərin tərbiyəsində atalar sözlərindən istifadə məqalə/ NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ İSSN 2224-5529 ELMİ ƏSƏRLƏR İSSN 2224-5529 Naxçıvan 2022
- Atalar sözlərinin tədqiqi tarixindən -konfrans materialı\ “ÇAĞDAŞ AZƏRBAYCAN DİLİNİN AKTUAL PROBLEMLƏRİ” MÖVZUSUNDA II RESPUBLİKA ELMİ KONFRANSININ MATERİALLARI- Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının 29 yanvar 2023-cü il tarixli 06 saylı qərarı ilə nəşr edilib
- “DİVANÜ LÜĞƏT-İT-TÜRK” DƏ ATALAR SÖZLƏRİ- konfrans materialı\ The XXXV International Scientific Symposium "Mahmud Kashgari: Common Heritage of the Turkic World" was held in Amsterdam / Holland on the 25th of February 2023. Scientists from 9 different countries (Holland, Sweden, Azerbaijan, Türkiye, Georgia, Ukraine, Uzbekistan, Kazakhstan, Kyrgyzstan) took part at the conference. © International Scientific Center «ELGER»
- From the history of the research of the problem of using proverbs in the education of children-Konfrans materialı(beynəlxalq)\ CONFERENCE TITLE1st INTERNATIONAL SILK ROAD CONFERENCE DATE AND PLACE 26-27 May 2023 Nakhchivan State University (Azerbaijan) ORGANIZATION IKSAD INSTITUTE Nakhchivan State University (Azerbaijan) Caucasus University (Turkey)- ISBN - 978-625-367-139-6 university, Copernicus, BSU-Bukhara State University, Buxoro davlat universitetining rasmiy web sayti, The official website of Bukhara State University. 7/2023 p.251-258
- Dependence Of The Effectıveness Of Usıng Proverbs In Educatıon On The Ethno-Pedagogıcal Traınıng Of Teachers- məqalə\ Scientific reports of Bukhara state Ümummilli Lider Heydər Əliyevin nitqində atalar sözləri dəyərində müdrik kəlamları- Konfrans materialı(respublika) AMEA Naxçıvan Bölməsi. “Heydər Əliyev ideyaları və müasir dövr” mövzusunda respublika konfransı2023. HEYDƏR ƏLİYEV İDEYALARI VƏ MÜASİR DÖVR (17-18 aprel 2023-cü ildə keçirilmiş respublika konfransının materialları) adlı jurnalın II hissə- Naxcıvan,“Tusi” –2023 p.72-77
- Böyüyən nəsildə milli-mənəvi dəyərlərin formalaşmasinda atalar sözlərinin rolu- məqalə\ AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ NAXÇIVAN MÜƏLLİMLƏR İNSTİTUTU
ELMİ ƏSƏRLƏR jurnalı, № 3 (73) p. 26-30
· Müasir dövrdə azərbaycan natiqliq sənətinin inkışafında atalar sözlərinin rolu- Konfrans materialı(respublika) \ Azərbaycan fəlsəfi fikir tarixinə müasir baxış” mövzusunda respublika elmi konfransı, NDU
· Məktəblilərin vətənpərvərlik tərbiyəsində atalar sözlərindən istifadə- məqalə\“Bakı Slavyan Universitetinin “Elmi əsərləri” “İctimai və siyası elmlər” seriyası
Mükafatlar: -
· 2011-2014-cü illərdə Naxçıvan Dövlət Universitetində Abbas Zamanov adına adlı təqaüd
· “İlin nümunəvi tələbəsi”
E-mail: gulsumkerimova@ndu.edu.az