13.02.1955 tarihindǝ Hacıqabul (o zaman Qazımǝmmǝd adlanırdı) şǝhǝrindǝ doğulmuşdur. 1972-ci ildǝ orta tǝhsilini tamamlalayaraq Azǝrbaycan Dövlǝt Universiteti (indi Bakı Dövlǝt Universiteti) Kimya Fakültǝsinǝ daxil oldmuşdur. Lenin tǝqaüdçüsü olaraq oxuduğu bu fakültǝdǝn 1977-ci ildǝ fǝrqlǝnmǝ diplomu ilǝ mǝzun olmuş vǝ Azǝrbaycan Milli Elmlǝr Akademiyası Qeyri-üzvi vǝ Fiziki Kimya İnstitutu (indi Akademik M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu) Quruluş Kimyası Laboratoriyasında işǝ başlamışdır. 1978-ci ildǝ bu institutun aspiranturasına daxil olmuşdur. Görkǝmli alim Professor Xudu Mǝmmǝdovun elmi rǝhbǝrliyindǝ hazırladığı namizǝdlik dissertasiyasını 1983-cü lidǝ müdafiǝ etmişdir.
1983-85-ci illǝr arasında Quruluş kimysı laboratoriyasında kiçik elmi işçi olaraq çalışmışdır. 1985-ci ildǝ indiki Bakı Dövlǝt Universiteti Kimya Fakültǝsi Qeyri-üzvi kimya kafedrasında laboratoriya müdürü olaraq işǝ başlamış, 1986-cı ildǝ Çexoslovakiyada bir aylıq elmi ezamiyyǝtdǝ olmuşdur. 1992-ci ilǝ qǝdǝr BDU-nun qeyri-üzvü kimya kafedrasında baş laborant, baş mühǝndis, aparıcı elmi işçi, asissent vǝzifǝlǝrindǝ çalışmışdır.
01.10.1992 tarixindǝn 05.06.1995 tarixinǝ qǝdǝr Türkiyǝdǝki Ərzurum Atatürk Universiteti Fǝn-Ədǝbiyyat Fakültǝsi Kimya Bölümündǝ sözlǝşmǝli müǝllim olaraq çalışmışdır. 06.06.1995-08.01.1998 tarixlǝri arasında Qars şǝhǝrindǝki Kafkas Universiteti Fǝn-Ədǝbiyyat Fakültǝsi Kimya Bölümündǝ Yardımçı Dosent, 09.01.1998 – 20.10.2003 tarixlǝri arasında Dosent olaraq çalışmış, 21.10.2003 tarixindǝn bǝri hǝmin Bölümdǝ Professor olarak çalışmaqdadır. Üniversiteti Fǝn-Ədǝbiyyat Fakültǝsi Kimya Bölümü Başqanı olmaqla birlikdǝ hǝmin fakültǝdǝ Qǝrb Dillǝri vǝ Ədǝbiyyatları, Slavyan Dillǝri vǝ Ədǝbiyatları, Çağdaş Türk Lǝhcǝlǝri vǝ Ədǝbiyyatları Bölümlǝrinin qurucu bölüm başqanlıqlarını da icra etmişdir. 2003-cü ildǝn etibarǝn Kafkas Universiteti Qafqaz vǝ Orta Asya Araşdırma Mǝrkǝzi Müdürü vǝzifǝsini icra edir. Bir dönǝm Kafkas Universiteti Rektorunun Qafqaz vǝ Orta Asya ölkǝlǝri ilǝ ǝlaqǝlǝri üzrǝ müşaviri ikǝn universitetdǝ Heydǝr Əliyev Tǝdris Mǝrkǝzinin yaradılmasına nail olmuşdur. Hal hazırda bu universitetin Xarici Əlaqǝlǝr Şöbǝsinǝ rəhbərlik edir. 2012-ci ildǝ YÖK tǝrǝfindǝn Hauptman-Woodward Tibbi Araşdırma İnstitutuna (ABŞ) iki aylık elmi ezamiyyǝtǝ göndǝrilmişdir. 2015-ci ildǝ Atatürk Kültür Mǝrkǝzinin müxbir üzvü seçilmişdir. Türkiyǝ Kimya Dǝrnǝyi, Türkiyǝ Kimyagǝrlǝr Dǝrnǝyi, Türkiyǝ Kristalloqrafiya Dǝrnǝyi, Avrupa Kristalloqrafiya Assosiyasiyasının üzvüdür. 3 kitabın müǝllifi, 7 kitabın redaktoru, 2 kitabın tǝrcümǝçisidir. 230-dan çox elmi mǝqalǝnin müǝllifi olaraq WOS H-indeksi 20-dir.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamları ilə "Azǝrbaycan Xalq Cumhuriyyǝtinin 100 illiyi (1918-2018)" vǝ “Tǝrǝqqi” medalları ilə təltif edilmişdir.
Evlidir, iki övladı var. Rusca vǝ İngiliscǝ bilir.