Sadiqov Anar Vüqar oğlu

                                                                      Memarlıq kafedrasının müəllimi 

                                                                   E- mail:sadiqovanar@ndu.edu.az 
                                                                                sadigovanar444@gmail.com

 

  14 dekabr 1996-ci ildə Naxçıvan MR Naxçıvan şəhərində anadan olub. 2003-2014-cü ildə Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhər Akademik Məmmədcəfər Cəfərov adına 14 saylı tam orta məktəbdə təhsil almışdır. 2014-cü ildə Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin, memarlıq kafedrasının daxil olub, 2018-ci ildə Naxçıvan Dövlət Universitetinin bakalavr təhsilini “Fərqlənmə diplomu ilə bitirib, 2020-ci ildə magistratura pilləsinin “Şəhərsalma” ixtisasına daxil olmuşdur. 2022-ci ildə həmin ixtisası “Fərqlənmə diplomu” ilə bitirmişdir. 2015-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2017-ci ildə “Fəal gənc” adına layiq görülmüşdür.2018-ci və 2020-ci ildə Bakı şəhərində keçirilən “Azərbaycan Gəncləri” VIII-IX forumunun iştirakçısı olmuşdur. 2019-cu ildə Naxçıvanda keçirilən “Yaradıcı gənclər” foto festivalında I yer mükafatına layiq görülmüşdür. 2021-ci ildə “Azərbaycan Gənclər Günü” münasibətilə “İlin Gənc memarı” adına layiq görülmüşdür. 2022-ci il 22 iyul “Mətbuat və televiziya” günü ilə əlaqədar Mətbuatda səmərəli fəaliyyətinə görə Naxçıvan Dövlət Universitetinin “Təşəkkürnaməsi təltif olunmuşdur. 50-yə yaxın diplom və fəxri fərmanlarla təltif olunmuşdur.

 

I.A.V.Sadiqovun müəllifi olduğu layihələr:

1.Culfa şəhər mərkəzi stadionu.

2.Naxçıvan şəhər Sahil parkda yerləşən “Tenis kortu”.

3.Naxçıvan MR Futbol Federasiyasının Uzunoba gölü ətrafında yerləşən “İdman kompleksinin layihəsi”.

 

II. Foto sərgilər :

1.2018-ci ildə Naxçıvan ölkəmizin “Gənclər Paytaxtı” . (loqotipin müəllifi.)

2.2019-cu il.Naxçıvan MR Gənclər və İdman Nazirliyi və Naxçıvan MR Rəssamlar birliyi birgə təşkil etdiyi “Naxçıvan MR yaradılmasının 95 illik yubleyi” ilə əlaqədar. “Bura Naxçıvandır” fərdi sərgi.

III.Dərc olunmuş elmi əsərləri:

1.Ordubad şəhərinin orta əsr memarlıq planlaşdırma həlli.Azərbaycan Respublikası Təhsil Nazirliyi. Sumqayıt Dövlət Universiteti.Konferans materialları.2022№3/III, Sumqayıt, 2022, s.424-425.

2.Ordubad şəhərinin orta əsrlər memarlıq planlaşma həlli. Azərbaycan Respublikası Təhsil Nazirliyi. Naxçıvan Dövlət Universiteti.Magistrantların XII regional Elmi Konferansının materialları.Naxçıvan 2022.s.112-113.