Müəllim
qasimovaseriyye@ndu.edu.az
sariya_gasimova@outlook.com
1994-cü ildə Naxçıvan şəhərində doğulmuşdur. 2011-ci ildə Ordubad Qız Liseyini qızıl medal ilə bitirmişdir. Həmin il Bakı Dövlət Universitetinin “Tətbiqi Riyaziyyat və Kibernetika”fakültəsinin “Kompüter elmləri”ixtisasına qəbul olmuş və 2015-ci ildə həmin universiteti bitirmişdir. 2015-2017-ci ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Kompüter elmləri” ixtisasının “İqtisadi fəaliyyətin riyazi və informasiya təminatı” ixtisaslaşması üzrə magistr təhsili alaraq, bu təhsil pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.
2017-ci ildə Bakı Ali Neft Məktəbinin Tədris metodiki şöbəsində Dispetçer vəzifəsində, 2018-2019-cu illərdə Naxtel MMC-nin İT və Billing şöbəsində Billinq üzrə mütəxəssis vəzifəsində, 2018-2020-ci illərdə Naxçıvan Müəllimlər İnstitutunda Xarici Əlaqələr üzrə mütəxəssis vəzifəsində çalışmış və həmin ildən Ali Riyaziyyat və İnformatika kafedrasında müəllim vəzifəsində işləmişdir. Haliyədə Elektronika və informasiya texnologiyaları kafedrasının müəllimidir. Ailəlidir. 2 övladı var.