Seyidzadə Zülfiyyə Mirkamal qızı- 05.07.1999-cu ildə Naxçıvan Muxtar Respublikası Babək rayon Nəzərabad kəndində anadan olmuşdur. 2005-ci ildə İ.Şükürov adına Didivar kənd tam orta məktəbin 1ci sinfinə getmiş və 2016-cı ildə həmin məktəbin 11ci sinfini başa vurub. Həmin il də Naxçıvan Dövlət Universiteti Tibb fakultəsinin Əczaçılıq ixtisasına qəbul olmuş və 2020-ci ildə fərqlənmə diplomu ilə təhsilini başa vurmuşdur. Həmin ildə Naxçıvan Dövlət Universitetinin Magistratura Mərkəzinin Əczaçılıq texnologiyası ixtisasına qəbul olmuş, 2022-ci ildə fərqlənmə diplomu ilə təhsilini başa vurmuşdur. 05.04.2022-04.10.2022-ci il tarixədək Naxçıvan MR Ə.Əliyev adına Mərkəzi Uşaq xəstəxanasınında aptek müdiri işləmişdir. 05.08.2022-ci ildən etibarən Naxçıvan Dövlət Universiteti Tibb fakultəsinin Əczaçılıq və biokimya kafedrasında 0.5 ştat müəllim vəzifəsində çalışır. 05.10.2022-06.12.2023-cü il tarixədək Naxçıvan Dövlət Universiteti Tibb fakultəsində laboratoriya müdiri vəzifəsində işləmişdir. 06.12.2023-cü il tarixdən Naxçıvan Dövlət Universiteti Tibb fakultəsində dekan müavini vəzifəsində çalışır.
Elmi göstərici: 4 elmi məqalə və 1 fənn proqramının müəllifidir.
Dərc olunmuş elmi əsərlər
1. Helianthus Tuberosus L.-Topinambur (yeralması) növünün fitokimyəvi tərkibi, faydaları və istifadə sahələri Məqalə Naxçıvan Dövlət Universiteti Elmi Əsərləri Təbiət və Tibb elmləri seriyası 2021 №(112) s. 69-72
2. Dərinin anatomik quruluşu, fiziologiyası və problemləri.Konfrans materialı Naxçıvan Dövlət Universiteti
3. Magistrantların XII Regional Elmi Konfrans materialı 2022 s83-85
4. Arı vərəmumunun alternativ tibbdə istifadəsinə dair araşdırmalar Konfrans materialı Naxçıvan Dövlət Universiteti Alternativ Tibb Metodlarının Tətbiqi Məsələləri Mövzusunda II Respublika Konfrasnı 2022 s34-39
5. Alternativ tibb metodu: Homeopatiya Konfrans materialı Naxçıvan Dövlət Universiteti Alternativ Tibb metodlarının tətbiqi məsələləri mövzusunda II Respublika Konfrasnı 2022 s61-64
6. Farmakologiya, Fənn Proqramı, Naxçıvan Dövlət Universiteti “Qeyrət” nəşriyyat 2023