2023–2024-cü tədris ili statistikası
Tədris ilində gimnaziyada 159 şagird təhsil almışdır. Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi 9-cu sinif buraxılış imtahanlarında iştirak edən 60 şagirddən 52-si (86,7%) 220–300 bal intervalında nəticə göstərərək yüksək akademik hazırlıq səviyyəsini təsdiqləmişdir.
2024–2025-ci tədris ili rekord nəticələri
Ölkə üzrə maksimal nəticə göstərən 9 şagirddən biri gimnaziyamızın şagirdi Rüqəyya Hüseynli olmuşdur. O, 300 bal toplayaraq Naxçıvan Muxtar Respublikası üzrə birinci yeri tutmuşdur.
Ümumi orta təhsil pilləsini (9-cu sinfi) başa vuran 61 şagirddən:
• 47 nəfər (77%) fərqlənmə attestatı almışdır
• 58 nəfər (95,1%) 200-dən yuxarı bal toplayaraq yüksək akademik səviyyə nümayiş etdirmişdir
Tam orta təhsil pilləsini (11-ci sinfi) başa vuran şagirdlərdən isə 34 nəfər (94%) 200-dən yuxarı nəticə əldə etmişdir ki, bu da gimnaziyanın ali təhsil müəssisələrinə qəbul üçün keyfiyyətli hazırlıq səviyyəsini əks etdirir.