4. Axundov Akim Yasin oğlu-Müəllim

 

Meliorasiya və Ekologiya mühəndisliyi kafedrasının müəllimi

                                                        e - poçt: akhundov7@gmail.com

                                                     universitet e-poçt: akim.a@ndu.edu.az

 30 iyun 1971 - ci ildə Şərur rayonu  Xanlıqlar kəndində anadan olmuşdur. 1978 - ci ildə Xanlıqlar   kənd orta məktəbinin 1 - ci sinfinə daxil olmuş, 1988 - ci ildə həmin məktəbi bitirmişdir. Elə həmin ildə   Azərbaycan İnşaat Mühəndislər Universitetinin “Mühəndis meliorator” ixtisasına daxil olub, 1994 - cü   ildə universiteti bitirmişdir. 1994 - cü  ilin avqust ayından 2017 - ci ilin sentyabr ayına kimi Rusiya Federasiyasında və Türkiyə Cumhuriyyətində ixtisası üzrə çalışmışdır. 2017 - ci ilin sentyabr ayından “Meliorasiya və Ekologiya mühəndisliyi” kafedrasının saat hesabı müəllimi, 2018-ci ilin sentyabr ayından həmin kafedranın tam ştat müəllimidir. Naxçıvan Dövlət Universitetinin  dissertantıdır. Naxçıvan MR - də meliorasiya tədbirlərinin torpaq - ekoloji mühitə təsiri və onun sabitləşdirilməsi yolları” adlı dissertasiya işinin üzərində çalışır. 5 elmi məqalənin müəllifidir.

Dərc olunmuş elmi əsərlər

1.   Azərbaycanda dincə qoyulmuş torpaqlar. Naxçıvan  Dövlət Universitetinin   Elmi əsərləri. Texnika  elmlər seriyası, NDU-nun xəbərləri, Naxçıvan: 2018, № 4 (93)

2.   Azərbaycanda su ehtiyatlarının özü təmizlənməsi və çirklənmdən mühafizəsi. Naxçıvan  Dövlət Universitetinin   Elmi əsərləri. Təbiət elmlər seriyası, NDU-nun xəbərləri, Naxçıvan: 2018, № 7 (96)

3.   Azərbaycanda atmosferi çirkləndirən mənbələrin yaratdığı fəsadlar və çirklənmədən qorunmaq üçün mübarizə tədbirləri. Naxçıvan  Dövlət Universitetinin   Elmi əsərləri. Texnika  elmlər seriyası, NDU-nun xəbərləri,

Naxçıvan: 2018, № 8 (97)

4.   Naxçıvan şəhərinin təbii-iqlim şərayiti və ekoloji inkişaf amilləri Naxçıvan  Dövlət Universitetinin   Elmi əsərləri. Təbiət və tibb  elmlər seriyası, NDU-nun xəbərləri, Naxçıvan: 2021, № 3 (112)

5.   Mədəni və təbii bitkilər altında torpaqların ekomeliorativ qiymətləndirilməsi, Naxçıvan  Dövlət Universitetinin   Elmi əsərləri. Təbiət və tibb  elmlər seriyası, NDU-nun xəbərləri, Naxçıvan: 2022, № 7 (120)

6.   Sədərək İnzibati Rayonunda şoran, şorakət və bataqlıq torpaqların ekoloji şəraitinin öyrənilməsi “Naxçıvan ekosisteminə müasir baxış” mövzusunda I Respublika elmi konfransı

7.   Sədərək İnzibati Rayonunda torpaqların münbitliyin artırılması məqsədilə aparılan tədbirlər. Международный научный журнал. Endless Light in Science - июнь 2023 стр. 1-2, 1174-1179 1376.

8.   Duzdağ ətrafı ərazi kompleksi torpaqlarının eko-coğrafi şəraiti.