1983-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur. 2004-cü ildə Bakı İslam Universitetinin «İslamşünas-tərcüməçi» ixtisasından məzun olmuş, ali təhsilini universitetin göndərişi ilə Suriya Ərəb Respublikasının Dəməşq şəhərindəki Ərəb dili İnstitutunda almışdır. 2006-cı ildə Naxçıvan Dövlət Universitetinin «Fəlsəfə tarixi» ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2007-ci ildən 2019-cu ilədək Naxçıvan Dövlət Universitetinin «Şərq dilləri və ədəbiyyatı» kafedrasının, 2019-cu ildən etibarən isə «Rus və Şərq dilləri» kafedrasının müəllimidir. 2006-cı ildə Azərbaycan Təhsil Nazirliyi tərəfindən, 2008-ci ildə isə Naxçıvan Dövlət Universiteti tərəfindən Misir Ərəb Respublikasının Qahirə Universitetinin nəzdindəki Ərəb Dili Mərkəzində “Ərəb dili və Misir mədəniyyəti” ilə bağlı təkmilləşdirmə kurlarında iştirak etmək üçün göndərilmiş və kursları müvəffəqiyyətlə bitirmişdir.