Babayev Pərviz Azər oğlu

  Babayev Pərviz Azər oğlu 1997-ci il aprel ayının 27-də Naxçıvan şəhərində anadan olmuşdur. 2003-cü ildə Naxçıvan şəhər   A.Cəlilov adına 12 saylı tam orta məktəbinə daxil olmuşdur. 2014-cü ildə həmin məktəbi bitirmişdir. Həmin ildə Naxçıvan   Özəl Universitetinin “Mühasibat uçotu və audit” ixtisasına daxil olmuşdur. 2018-ci ildə həmin Universiteti bitirmişdir. 2018-ci ildə Bakı Biznes Universitetinin “İstehsal sferasında mühasibat uçotu və audit” ixtisasının magistratura pilləsinə daxil   olmuşdur. 2023-cu ilin fevral ayında Bakı Biznes Universitetindəki təhsilini donduraraq Azərbaycan Respublikasının dövlət   xətti çərçivəsində olan “Stipendium Hungaricum” proqramı vasitəsi ilə Macarıstanın Peis Universitetinin “Biznesin inkişaf   etdirilməsi” ixtisasının magistratura pilləsinə daxil olmuşdur. 2023-cu ildə Budapeşt Biznes Universitetinin “Beynəlxalq   İqtisadiyyat və Biznes” ixtisasına köçürülmüşdür. 2023-ci ildə magistratura pilləsini bitirmişdir. 2023-ci ildə Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində aparıcı mütəxəssis vəzifəsində işləyir. 2023-ci ildən   Naxçıvan Dövlət Universiteti “İqtisadiyyat və idarəetmə” fakültəsinin “İqtisadiyyat” kafedrasının müəllimidir.