Babayev Zeynalabdin Abdulla oğlu

                                                 Baş müəllim

                                     Email: b835613@gmail.com

   Mən 1957-ci ildə  Naxçıvan şəhərində anadan olmuşam,1965-75-ci illərdə 39 saylı dəmiryol orta məktəbində təhsil almışam.İbtidai musiqi təhsilimi 1968-73-cü illərdə Naxçıvan şəhər 1 saylı uşaq musiqi məktəbində almışam.

 1975-ci ildə Üz. Hacıbəyov adına Naxçıvan şəhər  Orta İxtisas Musiqi Məktəbinə daxil olmuşam.

 1975-77-ci illərdə  hərbi xidmətdə olmuşam və sonra 1977-81-ci illərdə  təhsilimi davam etdirmişəm.Ali musiqi təhsilimi 1981-86-cı illərdə

 Üz.Hacıbəyov adına Azərbaycan Dövlət  Konservatoriyasında almışam.Təhsilimi başa vurduqdan sonra təyinatla Naxçıvan Dövlət Filarmoniyasında XÇA orkestrinin konsertmeysteri vəzifəsində çalışmışam. 1989-95-ci illərdə Üz.Hacıbəyov adına  Naxçıvan Orta İxtisas Musiqi Məktəbində  tar müəllimi vəzifəsində  işləmişəm.  1995-2005-ci illərdə NDU-nin Musiqi alətləri kafedrasının müdiri və baş müəllim vəzifəsində çalışmışam.  2005-ci ildən həm NDU-nin baş müəllimi və Naxçıvan Dövlət  Filarmoniyasında  bədii  rəhbər  vəzifəsində  işləyirəm. 2007-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına,2019-cu ildə isə Prezident Mükafatına layiq görülmüşəm.2020-ci ildə Solo konserti və Muğam axşamı konserti 2020-ci il.