Əliyev Şahin Yusif oğlu

                                                                Baş müəllim

                                                          sahinaliyev@ndu.edu.az

                                                          aliyev.sahin@yahoo.com

01 iyun 1981 –ci ildə Ordubad rayonunun Düylün kəndində anadan olmuşdur. 1988 – ci ildə Düylün kənd orta məktəbinin 1 – ci sinfinə daxil olmuşdur. 1998 – ci ildə orta məktəbi fərqlənmə attestatı ilə bitirmişdir. Həmin ildə test üsulu ilə 1 – ci ixtisas qrupunda imtahan verərək Naxçıvan Dövlət Universitetinin “Yol hərəkətinin təşkili ” ixtisasına qəbul olmuşdur. 2002- ci ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirmişdir. 2002-2003-cü ildə ordu sıralarında hərbi xidmət keçmişdir. 2003- cü ildə Naxçıvan Dövlət Universitetinin Magistratura təhsil səviyyəsi əyani şöbəsinin “Yol hərəkətinin təşkili” ixtisaslaşması üzrə 1- ci kursuna daxil olmuşdur. 2005- ci ildə həmin ixtisaslaşmanı bitirmişdir. 2006- cı il fevral ayında  Naxçıvan Dövlət Universitetinin Tədris şöbəsində Dispetçer vəzifəsinə  təyin olunmuşdur. 2008- ci ildən diplomlar üzrə məsul şəxs, 2009- cu ildən Tədris şöbəsində Sektor müdiri vəzifəsinə təyin olunmuşdur. 2018- ci ilin may ayından Tədris şöbəsinin müdir müavini, noyabr ayından isə Tədris şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur. Hal-hazırda Tədris şöbəsinin müdiridir.

Əliyev Şahin Yusif oğlu 2012-ci ildən Naxçıvan Dövlət Universitetin Nəqliyyat mühəndisliyi kafedrasına bir illik sınaq müddətinə 0,5 ştat  müəllim vəzifəsinə təyin olunmuş, 2013 – cü ildən kafedraya 0,5 ştat müəllim vəzifəsinə seçilmişdir. 2017- ci ildən Nəqliyyat mühəndisliyi kafedrasına 0,5 ştat baş müəllim vəzifəsinə seçilmişdir. Hazırda Nəqliyyat mühəndisliyi və texniki fənlər kafedrasında 0,5 ştat baş müəllim vəzifəsində çalışır. Yeni Azərbaycan Partiyasının üzvdür.

Əliyev Şahin Yusif oğlu 2009-cu ildən Naxçıvan Dövlət Universitetinin  Sahə iqtisadiyyatı ixtisası üzrə dissertantıdır. “Naxçıvan MR – in iqtisadiyyatında nəqliyyatın inkişafı” dissertasiya mövzusu üzərində işləyir.

Aşağıdakı elmi əsərləri var:

  1. Əsgərov, R.Bağırov, Ş.Əliyev. Dördbəndli mexanizmlər üçün kinematik sintez məsələsi. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi, Xəbərlər.№4. Naxçıvan -2012.
  2. Ş.Əliyev, V.Əsgərov, R.Bağırov. Nəqliyyat mühərriklərində yumruqlu mexanizmin iqtisadi meyara görə sintezi. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi, Xəbərlər, №2. Naxçıvan -2013.
  3. Ş.Əliyev,V.Əsgərov, R.Bağırov. Marşrut nəqliyyatının səmərəsinin optimallaşdırılması və onun alqoritmi. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi, Xəbərlər. №4. Naxçıvan -2013
  4. Əliyev Ş.Y. Heydər Əliyev və nəqliyyatın inkişafı. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş VI Beynəlxalq elmi konfransın Materialları. I hissə 5-7 may 2015-ci il. Bakı, Azərbaycan
  5. Şahin Əliyev. Dəmiryol nəqliyyatının tarixi inkişaf prinsipləri.Naxçıvan Dövlət Universiteti, Elmi Əsərlər.№2. Naxçıvan -2017
  6. Алиев Ш. Ю. История развития воздушного транспорта и его роль во внутренных отношениях. Международный технико-экономический журнал. №4.2017 Москва
  7. Ş.Y.Əliyev. Naxçıvanda nəqliyyat sektorunda davamlı inkişaf . “Azərittifaq” Azərbaycan Kooperasiya Universiteti Kooperasiya Elmi- praktiki jurnal N 1 (48)-2018
  8. Şahin Əliyev. Naxçıvan və İran arasında nəqliyyat əlaqələrinin inkişafı, onun iqtisadi səmərəliliyi. Naxçıvan Dövlət Universiteti, Elmi Əsərlər.№2. Naxçıvan -2018
  9. Şahin Əliyev. Müasir yol ölkə iqtisadiyyatının əsas amili kimi (Naxçıvan Muxtar Respublikası materialları əsasında). Naxçıvan Dövlət Universiteti, Elmi Əsərlər.№6. Naxçıvan -2018
  10. Əliyev Şahin Yusif. Türkiye- Nahçıvan ilişkilerinde ulaşım sektorunun rölü. Ardahan Üniversiteti BELGÜ. Yıl 3/sayı 4/2019. Ardahan – Türkiye
  11. Əliyev Şahin Yusif. Naxçıvan – Türkiyə əlaqələrində nəqliyyat sektorunun rolu. Naxçıvan Dövlət Universiteti. Naxçıvan- Türkiyə beynəlxalq əlaqələri yeni müstəvidə- Beynəlxalq elmi konfrans, Naxçıvan-2019
  12. Əliyev Şahin Yusif. Aqrar – sənaye kompleksinin inkişafında nəqliyyat sektorunun rolu. Respublika elmi konfransı. Naxçıvan Dövlət Universiteti. Naxçıvan- 2019
  13. Naxçıvan Muxtar Respublikasında nəqliyyatın inkişafı və gələcək perspektivləri. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci il dönümünə həsr edilmiş Gənc Tədqiqatçıların IV Beynəlxalq elmi konfransı.05 İyun 2020, Bakı Mühəndislik Universiteti, 311s-312s.
  14. Социально-экономическое значение транспортной системы и транспортных услуг в Нахчыване. Modern scientific challenges and trends, Collection of scientific works of the international scientific conference, Warsaw 2021
  15. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin mövcudluğunun Naxçıvana siyasi və iqtisadi təsiri. Naxçıvan Muxtar Respublikasında innovasiyalı iqtisadi inkişaf modeli və müasir müasir maliyyə mexanizmləri mövzusunda elmi-praktik konfrans, Naxçıvan Dövlət Universiteti Naxçıvan, 2021
  16. Baku-Tbilisi-Kars: Regional implications and perspectives. Scientific community: interdisciplinary research, N 96 january, 2022, Hamburg, Germany.
  17. Tranzit Transport and logistics projects in the Republic of Azerbaijan. “Scientific collection interconf Global and Regional aspects of sustainable development, N 100, february, 2022, Copenhagen, Denmark

18.  Перспективы развития и сдерживающие факторы интернет вещей в транспортной отрасли. Jurnal İnternauka  7 Moskva, Rusiya, 23 fevral 2024-cü il

Особенности транспортировки медикаментов и лекарственных препаратов автомобильным транспортом. İnterkonf. Kişinyov,Moldova, 16-18 mart 2024