Əzizə Nazim qızı Əliyeva

Əzizə Nazim qızı Əliyeva

baş müəllim

e-mail: azizaaliyeva@ndu.edu.az

1980-ci il iyulun 29-da Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nəzərəbad kəndində anadan olmuşdur. 1998-2002-ci illərdə Naxçıvan Dövlət Universitetinin Tarix-filalogiya fakultəsinin Fransiz dili ixtisasını müvəffəqiyyətlə bitirib. 2002-2003-cü illərdə Fransanın   Strasburq şəhərində Mark Blok Universitetinin (indiki Strasburq Universiteti) fransız dili üzrə Magistratura dərəcəsi; 2004-2005-ci illərdə   Strasburq Universiteti Türkologiya bölməsinin türk dili, ədəbiyyatı və sivilizasyası bakalavr dərəcəsi; 2006-2007-ci illərdə Strasburq   Universiteti fransız dili üzrə “Fransız dili xarici  ölkələrdə dil, cəmiyyət, müxtəlif mədəniyyətlər və metodologiya sahəsində” Master 2 dərəcəsi; 2007-2008-ci illərdə Strasburq Universiteti fransız dili üzrə “İkinci və xarici dil kimi Fransız-dilinin əcnəbi ölkələrdə təşkili və tədrisi” sahəsində Master 2 dərəcəsi almışdır. 2008-ci ildən Naxçıvan Dövlət Universitetinin Roman-german dilləri kafedrasında fransız dili müəllimi kimi fəaliyyət göstərir. 2009-cu ildə Akademik İsa Həbibbəylinin rəhbərliyi ilə “Fransada Azərbaycan mühacirət ədəbiyyatı” adlı elmi iş götürmüşdür. 2016-cı ildən baş müəllimdir. 1 dərs vəsaiti, 2 proqram və 20-dən artıq elmi məqalənin müəllifidir.

2021-ci il dekabr ayında LMQSANTE layihəsinin fəal üzvü kimi Yunanıstanın Attika bölgəsinnin Eqaleo şəhərində 1 həftəlik ezamiyyətdə olmuşdur.

 

  Dərc olunmuş elmi məqalələr:

  1. “Promue de bac de la filière”. Le français en Azerbaïdjan jurnalı, 2008, juin, №2 (10), s.58
  2. İlk frankafoniyalı azərbaycan qadını Üm-Əl- Banu Mirzə qızı Əsədullayeva (Banin), Elmi əsərlər, NDU, “Qeyrət”-2009, №2 (27), səh. 163-166
  3. Les locutions phraseologiques, Le français en Azerbaïdjan, №2 (10) juillet- 2009,s. 61-65
  4. Azərbaycan və Fransa ədəbi əlaqələrinin bəzi aspektləri. AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun “Axtarışlar” jurnalı. 2016, №4, s.52-57
  5. Orta və ali məktəblərdə fransiz dilinin tədrisinin bəzi məsələləri. Konfrans məqaləsi, Naxçıvan Dövlət Universiteti, “Xarici dillərin tədqiqi və tədrisinin aktual problemləri” Beynəlxalq elmi konfransın materialları. Naxçıvan: Qeyrət, 2017.82-84
  6. Mühacirətdə vətən həsrəti. NDU-nun “Elmi əsərlər”i. Humanitar elmlər seriyası , 2017. №1 (82), s. 151-153
  7. “1998-2017-ci illərdə Naxçıvan Dövlət Universitetində fransız dili”. (Konfrans mövzusu-Naxçıvan Dövlət Universiteti 50 ildə), Konfrans məqaləsi, NDU “Qeyrət” nəşriyyatı, 2017, 72-73
  8. Azərbaycan və Fransa əlaqələrinin tarixi. NDU-nun “Elmi əsərlər”i, Humanitar elmlər seriyası, 2017, №5 (86), s.287-290
  9. Məhəmmədağa Şahtaxtlı yaradıcılığında Azərbaycan-Fransa əlaqələri AMEA-nın “Xəbərlər”i. Humanitar elmlər. Bakı. 2017, №2, s.163-167
  10. Ceyhun Hacıbəyli və Fransada mühacirət həyatı, Naxçıvan Dövlət Universiteti. “Elmi əsərlər”i, humanitar elmlər seriyası, №1, I cild, “Qeyrət” – 2018  səh.49-53
  11. Fransız dilinin tədrisində innovativ metodlardan İKT-nin tətbiqi, Naxçıvan Dövlət Universiteti. “Elmi əsərlər”i, humanitar elmlər seriyası, № 5, “Qeyrət” – 2018 səh.138-140
  12. “Yusif Vəzir Çəmənzəminlinin 1923- 1926-cı illərdə Parisdə qürbət həyatı”. Elmi əsərlər, Humanitar Elmlər seriyası. Naxçıvan NDU, “Qeyrət”-2019, №1 (98), Cild1, s.26-28
  13. Azərbaycan mühacirətində Fransa izləri, Elmi əsərlər, Humanitar Elmlər seriyası. Naxçıvan NDU, “Qeyrət” 2020 № (105) s.161-164
  14. Avropa (Fransa) müqavimət hərəkatında azərbaycanlı döyüşçülərin rolu və yeri (Əhmədiyyə Cəbrayılova aid materiallar əsasında), Elmi əsərlər, 2020 № 4 (62), səh 117-120
  15. The theme of “France” in Azerbaijani literature, Məqalə Beynəlxalq elmi konfrans European Research İnternational Scientifique Conference Penza 2021s.97-99
  16. Azərbaycan və Fransız dillərində frazeoloji birləşmələrin tərcüməsi məsələləri, AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitu “Axtarışlar”  (ədəbiyyatçünaslıq, folklorşünaslıq, dilçilik və sənətşünaslıq) №1, (39) s.52-57Naxçıvan “Tusi” 2021, Cild 14 səh. 81-85
  17. Müqayisəli tipologiya (Fransız dili), Proqram , (bakalavr hazırlığı üzrə), Naxçıvan NDU, “Qeyrət” 2021, 33 səh.
  18. Xarici dilin üslubiyyatı (Fransız dili), Proqram (bakalavr hazırlığı üzrə), Naxçıvan NDU, “Qeyrət” 2021, 30 səh.
  19. Fransız və azərbaycanca frazeoloji birləşmələr lüğəti, Metodik vəsait, Naxçıvan NDU, “Qeyrət” 2021, 135 səh.
  20. “Naxçıvan Dövlət universitetində fransız dilinin tədrisi tarixi” APFAZ və UFC tərəfindən Fransanın Azərbaycandakı səfirliyi və Azərbaycandakı Fransız İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən “Əsas beynəlxalq dillər arasında multikartlı mədəni pasport olan fransız dili”, Beynəlxalq konfrans 22.04.2022
  21. .Azərbaycan mühacirət ədəbiyyatının bəzi aspektləri Naxçıvan Universiteti Elmi əsərlər 2022 № 04
  22. Azərbaycan və fransız dillərində somatik frazeoloji vahidlərin leksik-semantik və struktur xüsusiyyətləri. Naxçıvan Universiteti. Elmi əsərlər Naxçıvan: “Nuh”2023, № 1 s147-152
  23. Fransız və Azərbaycan dillərində kosmonimlər, hidronimlər, toponimlər və flora komponentləri ilə işlənən frazeoloji vahidlərin müqayisəli tipologiyası. AMEA Naxçıvan Bölməsi İncəsənət Dil Və Ədəbiyyat İnstutu. İSSN 2311-8482 Axtarışlar jurnalı- 2023( №1), Cild 17 s125-128
  24. Fransız və Azərbaycan dillərində frazeoloji birləşmələrin tədrisi üsulları”, Elmi konfrans “Dil bacarıqlarının inkişafında yeni texnika və metodların tətbiqi, NDU Elmi əsərlər “Qeyrət” nəşriyyatı,2023 s148-149
  25. Contrastive analysis of phraseological combinations used with zoonyms in azerbaijani and french languages, Norwegian Journal of development of the International Science No 120/2023. p.85-87.
  26. Functional properties of phraseological units in French, Sciences of Europe 129, (2023) p.111-116