Həsənli Lalə Alim qızı 19 oktyabr 1992– ci ildə Ordubad rayonunun Vənənd kəndində anadan olub. 1999 – 2009 –cu tədris ilində Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbini bitirib. 2009 – cu ildə Naxçıvan Dövlər Universitetinin “Biologiya” ixtisasına qəbul olub. 2013–cü ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirib, 2018-ci ildə Naxçıvan Dövlər Universitetinin “Biologiya fənninin tədrisi və metodologiyası ” ixtisasına üzrə magistraturaya qəbul olub. 2020 –ci ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirib. 2021-ci ildə Naxçıvan Dövlət Universitetinin Təməl Tibb fənləri kafedrasının “İnsan və heyvan fiziologiyası” ixtisası üzrə doktoranturaya qəbul olub.2014 – 2021-ci ildə Naxçıvan şəhər “Heydər Əliyev Muzeyi” ndə zal nəzarətçisi vəzifəsində işləyib. 2021-2022 ci ildə Naxçıvan Dövlət Universiteti Tibb fakultəsində laborant vəzisfəsindəyib, Təməl tibb kafedrasında 15 sentyabr 2022-ci ildə 0.5 ştat müəllim vəzifəsinə, sentyabr 2023-cü ildə tam ştat müəllim vəzifəsinə təyin olunub.