Meliorasiya və Ekologiya mühəndisliyi kafedrasının müəllimi
e- poçt: heyder112244@gmail.com
Universitet e poçt: heyderasadov@ndu.edu.az
13 aprel 1997 - ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 2003 - cü ildə Naxçıvan şəhər C. Məmmədquluzadə adına 2 №-li tam orta məktəbin birinci sinfinə daxil olmuş, həmin məktəbi 2014 - cü ildə bitirmişdir. Naxçıvan Dövlət Universitetinin, Memarlıq və mühəndislik fakültəsinin Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi ixtisasına daxil olmuş, 2018 - ci ildə həmin ixtisası bitirmişdir. Həmin ildə Naxçıvan Dövlət Universiteti, Meliorasiya-mühəndis sistemləri tikintisi və istismarı ixtisası üzrə magistraturaya daxil olmuş, 2020 - ci ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirmişdir. 2020 - ci ildən Naxçıvan Dövlət Universiteti, Memarlıq və mühəndislik fakültəsinin Meliorasiya və Ekologiya mühəndisliyi kafedrasında tam ştat müəllim vəzifəsində çalışır. 3 elmi məqalə, 1 konfrans materialı və 1 monoqrafiyanın müəllifidir.
Dərc olunmuş elmi əsərlər
1. Q.Ə.Əliyev, B.S.Mazanov, H.B.Əsədov. “Orta əsr Naxçıvan türbələrinin memarlıq xüsusiyyətləri və konstruksiyalarının hesablanması” adlı monoqrafiya. Əcəmi Nəşriyyat-Poliqrafiya Birliyi, 2022-ci il, 200 səh.
2. “Azərbaycanda atmosferi çirkləndirən mənbələrin yaratdığı fəsadlar və çirklənmədən qorunmaq üçün mübarizə tədbirləri.” NDU-Elmi əsərlər jurnalı, Fizika-Riyaziyyat və Texnika elmlər seriyası. 2018.
3. “Əcəmi yaradıcılığında çatma tağ və günbəz konstruksiyalarının en kəsik profilləri” Avrasya kongresi 2020. səh 316-321.
4. “Naxçıvan Muxtar Respublikasında sel proseslərinin aqrosenozlara təsiri nəticəsində yaranan problemlər və həlli yolları” NDU, Elmi əsərlər jurnalı. Təbiət və Tibb elmləri seriyası. 2020 № 3. səh 154-158.
5. “Naxçıvan Muxtar Respublikasında zəlzələ zamanı I və IV sinif qruntlarda yerləşən saybənd konstruksiyalarında yaranan deformasiyalar.” NDU, Elmi əsərlər jurnalı. Fizika-Riyaziyyat və Texniki elmləri seriyası. 2022 № 4. səh 25-30.