Hüseyn Kamil oğlu İmanov

                                                         Meliorasiya və Ekologiya mühəndisliyi kafedrasının müəllimi

                                                                   e- poçt: huseynimanovv@gmail.com

                                                                universitet e-poçt: huseynimanov@ndu.edu.az

 

İmanov Hüseyn Kamil oğlu 01.01.1998 - ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 2004 - cü   ildə 705 № - li hərbi hissənin tam orta məktəbinin I sinfinə daxil olmuş, həmin məktəbi 2015 - ci ildə   bitirmişdir. Naxçıvan Dövlət Universitetin Təbiətşünaslıq və Kənd Təsəfrrüfatı fakültəsinin Biologiya   müəllimliyi ixtisasına qəbul olmuşdur, 2016 - cı ildə  fakültə üzrə Yeni Azərbaycan Partiyasının Gənclər   Birliyinin sədri vəzifəsinin icra etmişdir. 2017 - ci il iyul - sentyabr aylarında 2 saylı Asan Xidmət   Mərkəzində könüllü fəaliyyəti olub. 2018 - ci il dekabr ayında Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən ilin fəal gənci nominasiyası üzrə təltif olunmuşdur. 2019 - cu ildə Magistrantura   pilləsinin Ekologiya mühəndisliyi -  Bərk tullantıların emalı texnologiyas ixtisasına qəbul olmuşdur.  2021 - ci ildə həmin ixtisası bitirmişdir. 2021 - ci il sentyabr ayından Meliorasiya və Ekologiya mühəndisliyi kafedrasının saat - hesabı müəllimi kimi fəaliyyət göstərmiş, 2022 - ci ildən isə həmin kafedrada tam ştat müəllim vəzifəsində çalışır. Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsini icra edir.

Dərc olunmuş elmi əsərlər

1.   “Ekoloji problemlərin həllində dayanıqlı inkişaf konsepsiyasının rolu”. Sumqayıt Dövlət Universiteti – Magistrantların XXI respublika elmi konfransı, 2019.

2.   “Urbanisation and its relationship with the ecological environmen”. II Beynəlxalq Elm və Texnologiya konfransı. 2021.

3.   Ekoloji sənət perspektivindən təbiət”. World Sience: Problems and innovations - Rusiya Penza şəhəri, 2022.

4.   Evaluating the opinions of youth on ecological problems.” – The Scientific Heritage – 2023. стр. 5-10