Qarayeva Məhəbbət Sabir qızı

Qarayeva Məhəbbət Sabir  qızı 1998-ci ildə Babək rayon Kültəpə kəndində  anadan olmuşdur . 2016-cı ildə Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq  fakultəsinin Kimya müəllimliyi ixtisasına daxil olmuşdur və həmin ixtisasi 2020- cı ildə bitirmişdir.  2020- cı ildə Naxçıvan Dövlət Universitetinin Magistratura mərkəzinin , Kimyanın tədrisi metodikası və metodologiyası ixtiasına qəbul olmuşdur  2022-ci ildə   həmin ixtisası bitirmişdir. 2022-ci ildə   Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq  fakültəsində  saat hesabı müəllim, 2022-ci ilin sentyabr ayından Naxçıvan Dövlət Universitetinin “Stomatologiya” kafedrasında  laborant vəzifəsində işləyir.