Gimnaziya şagirdləri milli və beynəlxalq səviyyəli elmi müsabiqə və olimpiadalarda sistemli şəkildə iştirak edərək yüksək nəticələr əldə etmişlər.
Naxçıvan Olimpiada Mərkəzi
Gimnaziya şagirdlərinin olimpiadalara sistemli və peşəkar hazırlığı Naxçıvan Olimpiada Mərkəzi tərəfindən həyata keçirilir. Mərkəz müxtəlif fənlər üzrə təcrübəli müəllim və məşqçilər heyəti ilə şagirdlərin olimpiada potensialını inkişaf etdirir və onları respublika və beynəlxalq səviyyəli yarışlara hazırlayır. Bu məqsədyönlü hazırlıq proqramı gimnaziya şagirdlərinin olimpiada hərəkatında əldə etdiyi sistemli uğurların əsas amilərimdən biridir.
Beynəlxalq olimpiadalar
Kenguru Riyaziyyat Olimpiadası: 8 iştirakçıdan Əkbərli Renal 79 bal toplayaraq qalib adını qazanmışdır.
SASMO 2025 (Singapore and Asian Schools Math Olympiad): 12 iştirakçımızdan Əlizadə Səid, Hüseynli Fərid və Talıbov Qismət gümüş medal, digər iştirakçılar isə bürünc medal və sertifikat qazanmışlar.
Coast Academy Riyaziyyat Olimpiadası: Hüseyn Tahirov milli səviyyəli müsabiqədə III yer tutmuş, Sınaq İmtahanında isə II yeri əldə etmişdir. Göstərdiyi yüksək nəticələrə və sistemli uğurlara görə Coast Academy tərəfindən "İlin Şagirdi" adına layiq görülmüşdür.
Respublika səviyyəli olimpiadalar və müsabiqələr
Nəsirəddin Tusi adına Respublika Riyaziyyat Olimpiadası: 46 iştirakçıdan 12 nəfər növbəti mərhələyə yüksəlmiş, Tahirzadə Məleykə 88 bal toplayaraq Muxtar Respublika birincisi olmuşdur.
Kimya-Biologiya Olimpiadası: Məmmədəliyeva Sevanə və Əmirov Elsun Muxtar Respublika üzrə III yeri tutmuşlar.
Respublika Fənn Olimpiadası: Hüseyn Tahirov Naxçıvan Muxtar Respublikası tarixində ilk dəfə olaraq İnformatika fənnindən final mərhələsinə yüksələn şagirdlərdən biri olmuşdur.
Respublika Fənn Müsabiqəsi: 53 iştirakçıdan 25 nəfər I turun qalibi olmuş, Talıbov Qismət (95 bal) və Hüseynli Fərid (90 bal) final mərhələsinə çıxmışlar.