Qafarova Natiqə Məmmədhüseyn qızı

                             Qafarova Natiqə Məmmədhüseyn qızı

Preparator

   natiqeqafafarova056@gmail.com

 

Mən, Qafarova Natiqə Məmmədhüseyn qızı, 1956-ci il iyul ayının 24-də Ordubad rayonunun Əndəmic kəndində anadan olmuşam. 1963-cü il Əndəmic kənd orta məktəbinə daxil olmuşam. 1973-cü ildə həmən məktəbi bitirmişəm.

1975-ci ildə Naxçıvan şəhərindəki Peşə-texniki məktəbinin dərzilik şöbəsinə daxil olub 1978-ci ildə bitirmişəm . 1978-ci ildən 1982-ci ilə kimi Ordubad şəhərindəki Məişət xidməti evində dərzi işləmişəm.

1997-ci ildən Naxçıvan Dövlət Universitetinin kimya kafedrasında peraparator vəzifəsində işləyirəm. Ailəliyəm 2 övladım var.