Qarayev Anar Əbülfəz oğlu
0,5 ştat müəllim
E-mail:qarayevanar@ndu.edu.az
nr_qaraev@mail.ru
Mən Qarayev Anar Əbülfəz oğlu 1978-ci il yanvarın 10-da Ordubad rayon Kotan kəndində anadan olmuşam. 1985-ci ildə Kotan kənd orta məktəbin 1- ci sinfinə getmişəm. 1995-ci ildə Ordubad rayon 3 N-li orta məktəbi bitirmişəm. 2000-ci ildə NDU-nin Fizika-Riyaziyyat fakültəsinin Fizika ixtisasına qəbul olmuşam. 2004-cü ildə həmin ixtisası bitirmişəm. Elə həmin ildə NDU-nin Magistratura fakültəsinin Yarımkeçiricilər fizikası ixtisasına qəbul olmuşam. 2006-cı ildə həmin ixtisası bitirmişəm. 2006-cı ildən 2007-ci ilə qədər həm universitetdə, həm də AMEA-nın Naxçıvan bölməsində böyük elmi işçi kimi fəaliyyət göstərmişəm. 2007-ci ildə Aşağı Əylis tam orta məktəbində 1 il müddətində müəllim olaraq işləmişəm. 2010-cu ildən yenidən Yuxarı Əylis tam orta məktəbində 5 il müddətində müəllim olaraq fəaliyyət göstərmişəm. 2015-ci ildən Ordubad rayon İnternat tam orta məktəbində müəllim kimi fəaliyyət göstərirəm. 2020-ci İldən NDU-nin Ümumi və nəzəri fizika kafedrasında 0.5 ştat müəllim olaraq çalışıram. Ailəliyəm. 2 qızım var.
Elmi əsərləri
1. A. Qarayev. Ir Spectroscopic Study Of Radiation-Oxidatively Treated Zirconium Samples In An H2o2 Medium. Joint Institute for Nuclear Research, 141980, Dubna, Moscow Region, Russian Federation National Nuclear Research Center CJSC, AZ1073, Baku, Azerbaijan 13 səh.
2. A.Qarayev. Yüklü leptonların eninə polyar-laşmaları nəzərə alınmaqla maq-nit sahəsində yüklü leptonlar(antileptonlar) tərəfindən neytri-no cütlərinin buraxılması prose-sində enerji itkiləri zamanı ortaya çıxan asimmetriyalar. Naxçıvan Dövlət Universiteti, fizika-riyaziyyat və texnika elmləri seriyası, №1 (35), səh. 74-79. Naxçıvan şəhəri, 2011. 2 səh.
3. A.Qarayev, E.Tağıyev. The Weinberg–Salam electroweak theory for leptons. Naxçıvan Dövlət Universiteti, Elmi əsərlər jurnalı. 2021
4. B.Hachiyeva, A. Garayev Определения степени заряженности по величине эдс в свинцого – кислотных аккумуляторах применяемых в солнечных установках. 2022. SDU Beynəlxalq konfrans