Quliyev Elnur Kamran oğlu

 

                                                                                                                 müəllim

                                                                                           E- mail: -elnurbey087@gmail.com

 

  Quliyev Elnur Kamran oğlu 1987-ci ildə Babək rayonunun Zeynəddin kəndində anadan olmuşdur. 1994-cü ildə Naxçıvan şəhərindəki Əli Sultanlı adına 10 №- li orta məktəbin 1-ci sinifinə daxil olmuşdur.Həmin   məktəbdə oxuduğu müddətdə (1998-2003) Naxçıvan şəhərindəki Ərtoğrul Cavid adına uşaq musiqi və bədii sənətkarlıq məktəbinin  nağara ixtisasını bitirirmişdir. 2005-ci ildə Naxçıvan Dövlət Universitetinin   İncəsənət fakültəsinin Xalq Çalğı Alətləri kafedrasının nağara ixtisasına  daxil olub. 2010-cu ildə Zeynəddin kənd uşaq musiqi məktəbində nağara ixtisası üzrə müəllim işləmiş və 2020-ci ildə həmin məktəbdən çıxıb.Hal-hazırda Naxçıvan Dövlət Universitetində - Xalq Çalğı Alətləri kafedrasında 0,5 ştat müəllim işləyir.