Rüstəmli Yunis Məmmədəli oğlu

Baytarlıq üzrə fəlsəfə doktoru, dosent

E- mail:  yunisrustemli@ndu.edu.az

 

 

 

1965-ci ilin iyun ayının 1-də Naxçıvan MSSR, Naxçıvan rayonunun Cəhri kəndində anadan olub. 1972-1982-ci illərdə Babək rayon Q.Əkbərov adına Cəhri kənd orta məktəbini əla qiymətlərlə bitirib. 1982-ci ildə Azərbaycan Dövlət Universitetində xaricdə təhsil almaq üçün (inoqorodnıy priyom) müraciət edib və həmin il Odessa Kənd Təsərrüfatı İnstitutunun Baytarlıq fakültəsinə qəbul olmuşdur. 1983-1985-ci illərdə ordu sıralarında hərbi xidmətdə olmuş. 1989-cu ildə Odessa Kənd Təsərrüfatı İnstitutunun Baytarlıq fakültəsini bitirib və həmin ildən Naxçıvan Dövlət Pedaqoji İnstitutunun Biologiya kafedrasının laboratoriya müdiri vəsifəsində çalışmışdır. 1990-1995-ci illərdə Ümumrusiya Elmi-Tədqiqat Baytarlıq Sanitariya, Gigiyena və Ekologiya İnstitutunun aspirantura şöbəsində təhsil alıb və 1995-ci ildə namizədlik dissertasiyası müdafiə edərək baytarlıq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülübdür. 1990-1991-ci illərdə Naxçıvan Dövlət Universitetinin Zoologiya kafedrasının laboratoriya müdiri, 1992-1996-cı illərdə isə Zoologiya kafedrasının müəllimi vəzifələrində çalışıbdır.

1995-1998-ci illərdə Rusiya Federasiyasının Beynəlxalq İqtisadiyyat və Hüquq İnstitutunun hüquq fakültəsində təhsil alıb, həmin institutun “Dövlətşünaslıq” ixtisasını fərqlənmə diplomu ilə bitirib. 1996-1998-ci illərdə Naxçıvan şəhərində Musnat kiçik müəssisəsində, 1998-2000-ci illərdə Bakı şəhərində Viza hüquq firmasında hüquqşünas vəzifələrində çalışıb. 2000-2006-cı illərdə ADRA Naxçıvanda Biznesin İnkişafı Proqramının, 2006-2008-ci illərdə isə “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatlarının hüquqşünası vəzifələrində işləyibdir.

2009-cu ildən Naxçıvan Dövlət Universitetinin Baytarlıq kafedrasının saat hesabı müəllimi, 2010-cu ildən müəllimi, 2011-ci ildən baş müəllimi vəzifələrində işləyibdir. 2012-2023-cü illərdə Baytarlıq təbabəti kafedrasının müdiri vəzifəsində işləyibdir. Y.M.Rüstəmli yüksək səviyyədə dərs deməklə yanaşı, elmi fəaliyyətini “Naxçıvan Muxtar Respublikası şəraitində toplanılan arıçılıq məhsullarının sanitar-gigiyenik xüsusiyyətləri” mövzusunda doktorluq dissertasiyası işi üzərində davam etdirir. O, 1 metodik vəsait, 2 dərs vəsaiti və 34 elmi məqalənin müəllifidir. Tədris etdiyi fənnlərə aid dərs vəsaitlərini nəşrə hazırlayır. Balın, kərə yağının və digər arıçılıq və heyvandarlıq məhsullarının identifikasiyası və falsifikasiyası problemləri üzərində çalışır, yeyinti məhsullarının keyfiyyət və təhlükəsizlik göstəricilərini öyrənir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi sisteminin təkmilləşməsində fəal rol oynayır.

Bütün bunlara baxmayaraq, Y.M.Rüstəmli fundamental və tətbiqi elm sahələrini özündə ehtiva edən “Təbiət, Cəmiyyət və Dövlət (Dünya) Konsepsiyasını yaratmış və onun üzərində uzun illərdir elmi-tədqiqat işləri aparır. O, bu sistemin Konseptual əsaslarını müəyyənləşdirərək nəzəri və praktiki bilikləri formalaşdıran Kainatın sirrlərini və qanunauyğunluqlarını öyrənir.   

Hazırda Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin Baytarlıq təbabəti kafedrasında dosent vəzifəsində işini davam etdirir. Ailəlidir, 2 övladı var.

Dərc olunmuş elmi və tədris-metodiki işləri:

 

1.     Rüstəmli Y.M. və başqaları. Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası / “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi. Naxçıvan-2017, 248 s. (229-230; 232-ci səh.).

2.     Məhərrəmov S.H., Əsədov E.S., Hüseynov H.T., Tahirov Ə.S., Rüstəmli Y.M. Bal arısının xəstəlikləri və zərərvericiləri. Naxçıvan: Əcəmi, 2014, 240 s. 

3.     Rüstəmli Y.M., Məmmədov Ə.A. Heyvandarlıq məhsullarının istifadəsində baytarlıq-sanitariya qaydalarına riayət edək. Naxçıvan sahələrarası ərazi elmi-texniki informasiya və təbliğat mərkəzi. Naxçıvan, 1991. 4 s.     

4.     Рустамли Ю.М., Аббасов Т.Г. Токсичность циперметрина для лабораторных животных. Сборник научных трудов молодых ученых. Проблемы ветеринарной санитарии. 1992, выпуск №2, с.75-83       

5.     Рустамли Ю.М. Эмбриотоксическое и тератогенное действие циперметрина на организм белых крыс в различные сроки беремeнности при однократном введении. Сборник научных трудов молодых ученых. Проблемы ветеринарной санитарии. 1992, выпуск №2, с.93-99

6.     Рустамли Ю.М. Влияние циперметрина на выводимость и жизнеспособность потомство при скармливании курам-несушкам. Сборник научных трудов. Проблемы ветеринарной санитарии и экологии. 1994, том-94, с.67-68

7.     Рустамли Ю.М., Аббасов Т.Г. Гонадотоксическое действие циперметрина на организм белых крыс при многократном введении его внутрь. Сборник научных трудов. Проблемы ветеринарной санитарии и экологии. 1994, том-94, с. 88-95.

8.     Rüstəmli Y.M. Sipermetrinlə kəskin və xroniki zəhərlənmə zamanı toyuq ətinin orqanoleptik qiymətləndirilməsi. Naxçıvan Dövlət Universitetinin “Elmi əsərlər”i. Təbiət elmləri və tibb seriyası. 2010, №2, s.83-86  

9.     Rüstəmli Y.M. Naxçıvan Muxtar Respublikası ərazisində toplanılan təbii arı balının orqanoleptik və fiziki göstəriciləri. Naxçıvan Dövlət Universitetinin “Elmi əsərlər”i. Təbiət elmləri və tibb seriyası. 2011, №2(38), s.108-111 

10. Рустамли Ю.М., Тахиров А.С., Гусейнов Г.Т. Формирование и использование пакетных пчелиных семей в условиях Нахчыванской Автономной Республики Азербайджана. VII Международная научно-практическая конференция. Аграрная наука - сельскому хозяйству. Сборник статей, Книга 3, Барнаул, 2012, с.184-185                                          

11. Rüstəmli Y.M. Naxçıvan Muxtar Respublikası şəraitində arı mumunun orqanoleptik və bəzi fiziki-kimyəvi göstəriciləri. Naxçıvan Dövlət Universitetinin “Elmi əsərlər”i. Təbiət elmləri və tibb seriyası. 2013, №1(49), s.207-211  

12. Rüstəmli Y.M., Əsədov E.S., Tahirov Ə.S., Abbasov N.K. Kənd təsərrüfatı bitkilərinin tozlanmasında bal arılarının rolu. Naxçıvan Dövlət Universitetinin “Elmi əsərlər”i. Təbiət elmləri və tibb seriyası. 2013, №2(55), s.18-21     

13. Rüstəmli Y.M. Sipermetrinlə kəskin və xroniki zəhərlənmədən sonra toyuq ətinin və piyinin fiziki-kimyəvi göstəriciləri. Naxçıvan Dövlət Universitetinin “Elmi əsərlər”i. Təbiət elmləri və tibb seriyası. 2014, №4(60), s.128-133 

14. Rüstəmli Y.M., Tahirov Ə.S. “Qida toksikoinfeksiyaları və toksikozları” mövzusunun tədrisinə dair. Naxçıvan Dövlət Universitetinin “Elmi əsərlər”i. Təbiət elmləri və tibb seriyası. 2014, №8(64), s.128-133

15. Rüstəmli Y.M. Ana arı südünün ekspertizasının tədrisinə dair. Naxçıvan Dövlət Universitetinin “Elmi əsərlər”i. Təbiət elmləri və tibb seriyası. Naxçıvan: Qeyrət, 2015. №7(72), s.160-163

16. Rüstəmli Y.M. Naxçıvan Muxtar Respublikası ərazisində Varooa destructorun-un yayılması. Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri. Tibb və təbiət elmləri seriyası. № 3 (84). Naxçıvan, 2017, s. 245-247

17. Rüstəmli Y.M., Mayılova Ş.Q., Quliyeva L.E. İnfeksion bursitlə xəstə cücələrin kəsimdən sonrakı baytar-sanitar ekspertizası. Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri. Təbiət və tibb elmləri seriyası. № 3 (92). Naxçıvan - 2018, s. 269-272

18. Рустамли Ю.М., Аббасов Т.Г. Хроническая токсичность циперметрина для птиц. Экологические проблемы ветеринарной санитарии: Тезисы докладов научно-технической конференции. 7-8 апреля 1993, Москва, с.69-70        

19. Рустамли Ю.М., Аббасов Т.Г. Ветеринарно-санитарная оценка вынужденно убитой птицы при отравлении циперметрином. Гигиена, ветсанитария и экология животноводства: Материалы Всероссийской научно-производственной конференции, 22-24 сентября, Чебоксары, 1994, с.3-4

20. Rustemli Y., Tahirov A., Asadov E., Huseynov H. Nahçıvan Özerk Cumhuriyeti Ortamında Erken Ana Arıların Yapay Tohumlanması İçin Erkek Arıların Yetiştirilmesi. VII. Ulusal Reprodüksiyon və Suni Tohumlama Bilim Kongresi (Uluslararası katılımlı). 1-4 Temmuz 2013, Kars, Türkiye s.24-25   

21. Rüstəmli Y.M. Tərkibində sipermetrinin qalıq miqdarını birləşdirən toyuq ətinin bioloji təhlükəsizliyinin təyini. “Baytarlıq təbabəti və ərzaq təhlükəsizliyi: problemlər və perspektivlər” mövzusunda beynəlxalq konfrans materialları. (23-24 may 2014). Naxçıvan - 2014, s.32-34

22. Rüstəmli Y.M. Naxçıvan Muxtar Respublikası şəraitində toplanılan çiçək tozu və güləmin sanitar-gigiyenik xüsusiyyətləri. “Regionda arıçılığın inkişaf perspektivləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans (24-25 oktyabr 2014). Naxçıvan: Qeyrət, 2014, s.78-82

23. Rüstəmli Y.M. Naxçıvan Muxtar Respublikası şəraitində vərəmumun sanitar-gigiyenik xüsusiyyətləri. “Müasir arıçılığın problemləri və inkişaf xüsusiyyətləri” beynəlxalq elmi-praktik konfrans materialları (24-25 aprel 2015). Naxçıvan: Qeyrət, 2015, s.34-37 

24. Rüstəmli Y.M. Ətin falsifikasiya üsullarının təsnifatı. “Kənd təsərrüfatının inkişafı: reallıqlar və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktik konfrans materialları. (15-16 may 2015). Naxçıvan: Qeyrət, 2015, s.29-32       

25. Rüstəmli Y.M., Seyidli M.M. “Baytarlıq Təbabəti” kafedrasında klinikanın təşkili, “Cərrahiyyə” fənninin tədrisi və cərrahi infeksiya ilə mübarizə aspektləri. 15. Ulusal Veteriner Cerrahi Kongresi, 1. Uluslararası Veteriner Cerrahi Kongresi. Atatürk Üniversitesi Veteriner Fakültesi, Erzurum, 11-14 Mayıs 2016, s.19-21

26. Rüstəmli Y.M., Hüseynov H.T. Naxçıvan Muxtar Respublikası şəraitində bal arısının nozema paraziti ilə  (Nozema apis Z.) yoluxmasının ailənin gücü və ilin fəslindən asıllığı. III Naxçıvan Beynəlxalq Arıçılıq Konfransı. Naxçıvan 2017, s. 12-16

27. Rüstəmli Y.M., Hüseynov H.T. Balın identifikasiyası və falsifikasiyası. / IV Naxçıvan Beynəlxalq Arıçılıq Konfransı. Naxçıvan - 2018, s. 95-100

28. Rüstəmli Y.M., Novruzlu A.A. Kərə yağının falsifikasiya üsulları və keyfiyyətinə nəzarətin təmin edilməsi. /Aqrar sahənin inkişaf istiqamətləri mövzusiunda respublika elmi konfransının materialları. 8 aprel 2019-cu il. Naxçıvan - 2019, s. 113-116

29. Rüstəmli Y.M., Tahirov Ə.S., Hüseynov H.T. Naxçıvan Muxtar Respublikasdında arıçılığın yem bazası və ondan səmərəli istifadə yolları / V Naxçıvan Beynəlxalq Arıçılıq Konfransı. 24-25 may-2019-cu il. Naxçıvan - 2019, s. 16-20

30. Rüstəmli Y.M., Tahirov Ə.S. Qurbanlıq heyvanların alqı-satqısı, kəsilməsi və tullantıların təmizlənməsinə verilən baytar-sanitar tələblər. Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri. Təbiət elmləri və tibb seriyası. 2020, № 8 (109), s. 148-156

31. Tahirov Ə.S., Rüstəmli Y.M. Naxçıvan Muxtar Respublikasında paket arıçılığı sisteminin tətbiqində təbii-coğrafi şərait və bitki örtüyünün rolu. Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri. Təbiət elmləri və tibb seriyası. 2021, № 3 (112) s. 33-39

32. Rüstəmli Y.M. İribuynuzlu Mal-Qara Embrionlarının Alınması Və Transplantasiyasına Dair Rəhbərlik. Rus dilindən tərcümə. Naxçıvan, 2022. “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi, 64 s.

33. Tahirov Ə.S., Rüstəmli Y.M. Naxçıvan Muxtar Respublikasında arıçılığın mövcud vəziyyəti və inkişaf strategiyası. Azərbaycan Dövlət Aqrar Universiteti. “Heydər Əliyev və Azərbaycanın kənd təsərrüfatı” Respublika elmi-praktik konfransı. Gəncə 05 may 2022, s. 69-72

34. Rüstəmli Y.M., Tahirov Ə.S. Çiçək tozcuğu və güləmin bioloji təhlükəsizliyi. Gəncə Dövlət Universiteti. “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” Beynəlxalq elmi-praktik konfrans. Gəncə 05-06 may 2023, III-Cild, s.217-218

35. Tahirov Ə., Sultanov R., Rüstəmli.Y. The Role of Breeding Productive Bee Families in The Production of High Quality Bee Products Keyfiyyətli Arıçlıq Məhsullarının İstehsalında Məsuldar Arı Ailələrinin Yetişdirilməsinin Rolu. İ.İnternational Apiterapiy and Nature Gondress IANCO23, 1-3 jun 2023, Nakhchivan, 2023, s.122-133

36. Rüstəmli Y.M., Tahirov Ə.S. Dependence of The Healing Properties of Bee Venom on Its Chemical Composition Arı Zəhərinin Müalicəvi Xassələrinin Onun Kimyəvi Tərkibindən Asılılığı. İ.İnternational Apiterapiy and Nature Gondress IANCO23, 1-3 jun 2023, Nakhchivan, 2023, s.149-154

37. Магеррамов М.М., Рустамли Ю.М. Фауна пчел полупустынных и горных экосистем Нахичевани // Бюллетень науки и практики. 2023. Т. 9. №11. С. 89-93. https://doi.org/10.33619/2414-2948/96/11