Sadiqzadə Cəfər Zəfər oğlu

Müəllim

cafersadiq@gmail.com

8 iyul 1994-cü ildə Babək rayon Babək qəsəbəsində anadan olmuşdur. 1 sentyabr 1999-cu ildə həmin ərazidə yerləşən Vəli Mahmudov adına orta məktəbin  Ia sinfinə daxil olmuşdur. 2010-cu ildə həmin məktəbi bitirib, Naxçıvan Dövlət Universitetinin Fizika-Riyaziyyat fakültəsinin Riyaziyyat və İnformatika müəllimliyi ixtisasına daxil olmuşdur. Bakalavr təhsilini bitirdikdən sonra həmin universitetin İnformasiya Texnologiyaları və Telekommunikasiya sistemləri mühəndisliyi magistr ixtisasına daxil olmuşdur. 2014-cü ilin iyul ayında hərbi xidmətə getmişdir. 15 sentyabr 2015-ci ildə magistr təhsilinə başlamışdır. 26 avqust 2015-ci ildən etibarən Babək rayon Nehrəm kənd 2 saylı tam orta məktəbinə Riyaziyyat və informatika müəllimi kimi daxil olmuşdur. 2017-ci ilin iyul ayında magistr təhsilini bitirmişdir. 2019-ci ildə “İstedat XXI əsr məhdut məsuliyyətli cəmiyyətində” tədris hissə müdiri vəzifəsi işinə başlamışdır. 2019-cu ildə Babək rayon Nehrəm 2 saylı tam orta məktəbindən ayrılıb, Naxçıvan Müəllimlər İnstitutunda Riyaziyyat və tədrisi metodikası kafedrasında 0,5 ştat müəllimlik vəzifəsinə başlamışdır. 2021-ci il 9 sentyabr tarixində “İstedad XXI ƏSR Məhdud Məsuliyyətli Cəmiyyətində” ki vəzifəsindən ayrılıb, Naxçıvan Müəllimlər İnstitutu Təbiət və incəsənət fakültəsində vakant olan dekan müavini vəzifəsinə daxil olmuşdur. 2022-ci ildə Naxçıvan Müəllimlər İnstitutu Təbiət və incəsənət fakültəsində tutduğu dekan müavini vəzifəsindən və sentyabr ayının 26-sı Ali riyaziyyat və informatika kafedrasında baş müəllim vəzifəsindən ayrılıb, 15 sentyabr 2022-ci il Naxçıvan Dövlət Universitetinin Elektronika və informasiya texnologiyaları kafedrasında 1 ştat müəllim vəzifəsində çalışır.