İngilis dili və metodika kafedrasının baş müəllimi
senempasha2@gmail.com
senempashayeva@ndu.edu.az
Mən Paşayeva Sənəm Adil qızı 24 Noyabr 1954-cü ildə Naxçıvan şəhərinin Əliabad qəsəbəsində anadan olmuşam. 1961-ci ildə birinci sinfə getmişəm. 1972-ci ildə Naxçıvan şəhər 1 saylı orta məktəbi bitirmişəm. Həmin ildə SSRİ-nin 50 illiyi adına ADPXDİ-na (indiki Xarici Dillər Universiteti) daxil olmuşam. 1976-cı ildə həmin institutu bitirmişəm. Təyinatla Şərur rayonunun Xanlıqlar kəndində 1 il İngilis dili müəllimi işləmişəm.
1977-78-ci tədris ilində ailə qurmağımla əlaqədar olaraq Şərur rayon Qıvraq kənd orta məktəbində Rus bölməsində İngilis dili müəllimi kimi işləmişəm. 1990-cı ildə rusların kənddəki hərbi hissədən köçməsi ilə əlaqədar olaraq Azərbaycan bölməsində 1998-99-cu tədris ilinədək işləmişəm. Burda işlədiyim müddətdə həm də məktəb kitabxanasının müdiri olmuşam.
1998-ci ildə ailəmiz Naxçıvan şəhərinə köçüb. Həmin ildən NDU-da əvvəlcə Xarici dillər kafedrasında saat hesabı müəllim, sonra NDU Beynəlxalq Əlaqələr şöbəsində tərcüməçi, İngilis dili kafedrasında baş laborant, daha sonra müəllim kimi işləmişəm. Hal hazırda “İngilis dili və Metodika” kafedrasının baş müəllimiyəm.
İşlədiyim müddətdə Naxçıvan Dövlət Universitetində, Bakı və Gəncə şəhərləində keçirilən yerli və beynəlxalq ixtisasartırma kurslarında iştirak etmişəm. Belə ki, 18-22 Aprel 2011-ci il tarixində Bakı şəhərində Müəllimləri Təkmilləşdirmə İnstitutunda TEMPUS proqramı çərçivəsində təşkil olunmuş “Reforming Interprinting and Translation Studies in Azerbaijan” adlı ixtisasartırma kursu keçmişəm. Eləcə də 2012-ci il 17-21 Dekabr tarixində TEMPUS proqramı çərçivəsində Gəncə Dövlət Universitetində təşkil olunmuş “Tərcüməçi hazırlığında əsas məqamlar” adlı ixtisasartırma kursunda iştirak etmişəm və hər iki kursun sertifikatını almışam. NDU televiziyasının təşkil etdiyi elektron dərslərdə iştirak etmişəm.
2017-ci il 4 İyul tarixində “European Academic Research” Beynəlxalq Çoxistiqamətli Tədqiqat Jurnalında (Rumıniya Respublikası) “Prophet Noah and Nakhchivan–the Cradle of Mankind” adlı məgaləm çap olunub. NDU Elmi Əsərlər jurnalında (2017-ci il № 1(82) “Nakhchivan and Prophet Noah-Myth or Reality” adlı məqaləm çap olunub. “Nakhchivan State Flag Museum and Flag Square“ adlı məqaləmi NDU Elmi Əsərlər jurnalının (2018-ci il 1(90) sayında çapdan çıxıb.
“Muzeyşünaslıq, Arxiv İşi və Abidələrin Qorunması“ ixtisası (bakalavr pilləsi) üçün “Praktik İngilis dili“ proqramım 2017-ci ildə çap olunub. “Muzeyşünaslıq, Arxiv İşi və Abidələrin Qorunması“ ixtisası (bakalavr pilləsi) üçün tərtib etdiyim “İngilis dili“ dərsliyi 2018-ci ildə çapdan çıxıb. Hal hazırda “Muzeyşünaslıq, Arxiv İşi və Abidələrin Qorunması“ ixtisasında həmin dərslikdən istifadə edirəm. “Musiqişünaslıq və İfaçılıq” ixtisasları (bakalavr pilləsi) İngilis dili proqramı tərtib etmişiəm.
Müntəzəm olaraq çox sevdiyim tərcümə işi ilə də məşğul oluram. Universitet əməkdaşlarının və AMEA Naxçıvan bölməsinin əməkdaşlarının hər birinə tərcümə sahəsində yaxından kömək göstərmişəm. Xarici jurnallarda nəşr olunan məqalələrdə tərcüməçi olaraq mənim adım göstərilmədiyi üçün onların sayı, tarixi və nəşr yeri haqqında məlumat toplamamışam. Hal hazırda da çox maraqlandığım tətcümə işi ilə məşğul oluram. Xalq təbabətinə aid internet vasitəsi ilə əldə etdiyim materialları Azərbaycan dilinə tərcümə etməkdəyəm. Ailəlidir. 4 övladı var.
Dərc olunmuş elmi əsərlər:
1. Prophet Noah and Nakhchivan- the cradle of mankind. European Academic Research International Multidiscipli-nary Research Journal, Romania, July 4, 2017, 4 səhifə.
2. Nakhchivan and Prophet Noah-myth or reality. NDU Elmi əsərlər, № 1(82), 2017
3. Praktik ingilis dili Ali təhsilin bakalavr pilləsi üçün“Muzeyşünaslıq arxiv işi və abidələrin qorunması” ixtisası. Proqram. NDU elmi şurasının 28 fevral 2017- ci il tarixli iclasının qərarı ilə çapa tövsiyə olunmuşdur (protokol Ⅶ6), 18 səhifə.
4. Nakhchivan State Flag Museun and Flag Square. NDU Elmi Əsərlər, № 1(90) 2018, 2 səhifə
5. İngilis dili Ali təhsilin bakalavr pilləsi üçün “Muzeyşünaslıq arxiv işi və abidələrin qorunması” ixtisası. Dərs vəsaiti. Naxçıvan-2018, 252 səh.
6. İngilis dili Ali təhsilin bakalavr pilləsi üçün “Musiqişünaslıq və İfaçılıq” ixtisasları. Proqram. Naxçıva Dövlət Universitetinin Elmi Şurasının 28 noyabr, NDU “Qeyrət” nəşriyyatı, 2020, 14 səh.
7. Orta məktəbdə xarici dil öyrənməyin yolları və üstünlükləri, Məqalə. NDU, “Elmi əsərlər”, Humanitar elmlər seriyası, 2021 səh. 127-130.
8. Advantages of the foreign language learning in high school.Xarici dillərin tədrisi və tədqiqində ənənəviliyin və müasirliyin vəhdəti mövzusunda Respublika konfransı, Naxçıvan Dövlət Universiteti, 2022, s. 24-25.
9. Xarici dil öyrənilməsində yaş amili. NDU, Elmi əsərlər, “Qeyrət Nəşriyyatı”, İSSN 2224-5529, Naxçıvan-2023, №1(122), səhifə 31-37
10. Dil öyrənmənin müxtəlif üslulları və amilləri, Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Dil bacarıqlarının inkişafında yeni texnika və metodların tətbiqi” mövzusunda elmi-praktiki respublika konfransı, Naxçıvan, Qeyrət nəşriyyatı, 2023, s/82-83
11. Внутренние и внешние факторы, влияющие на изучение английского языка. Norwegian journal of development of the international science, №119, 2023, səhifə 18-22
12. İngilis dilində frazeoloji vahidlərin formalaşmasi. Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Tərcüməşünaslığın müasir problemləri Respublika elmi konfransı, ADU/NDU, 2023.