Seyid Surə Namidar qızı

Filologiya üzrə fəlsəfə doktoru, dosent

E- mail:  seyidsura@yahoo.com  

Seyid Surə Namidar qızı 25 iyun 1978-ci ildə Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub. 
1984-1994-cü illərdə Naxçıvan şəhər 39 nömrəli tam orta məktəbdə təhsil alıb. 1994-cü ildə Naxçıvan Dövlət Universitetinin bakalavriat pilləsi üzrə Azərbaycan dili və ədəbiyyat ixtisasına qəbul olub, 1998-ci ildə məzun olduqdan sonra həmin universitetin magistratura pilləsinin Azərbaycan ədəbiyyatı ixtisaslaşmasında təhsilini davam etdirib. 2000-ci ildə magistraturanı fərqlənmə ilə bitirdikdən sonra elə həmin il Naxçıvan Dövlət Universitetində mətbuat xidmətinin rəhbəri kimi əmək fəaliyyətinə başlayıb. Paralel olaraq 2001-ci ildən Jurnalistika və dünya ədəbiyyatı kafedrasında pedaqoji fəaliyyətlə məşğul olub.
2006-cı ilədək pedaqoji fəaliyyətlə yanaşı, universitetin "Fikir" jurnalının redaktoru, Naxçıvan şəhər icra hakimiyyətinin "Nuh Yurdu" qəzetinin baş redaktoru olub. 2006-cı ildən "Jurnalistika və dünya ədəbiyyatı" kafedrasının müdiri təyin edilib. 2008-ci ildə "Şərq qapısı" qəzeti və Naxçıvanda ədəbi mühit" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 2011-ci ildə dosent elmi adı alıb.  
2011-ci ildən 2018-ci ilin iyununadək Naxçıvan Dövlət Universitetinin Tədris işləri üzrə Prorektoru vəzifəsində fəaliyyət göstərib. 2018-ci ildə "Fənlərin tədrisi metodikası və texnologiya müəllimliyi" kafedrasının müdiri seçilib. 2019-cu ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun Sərəncamı ilə Naxçıvan MR Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri təyin olunub və dövlət qulluğunun baş müşaviri ixtisas dərəcəsi alıb. Eyni zamanda Naxçıvan MR Bilik fondunun sədr müavini və Elm fondunun sədr müavini kimi 60-dək kitabın redaktoru və müxrəlif elmi layihələrin həmmüəllifi olub. 
2021-ci ildə həmin vəzifədən azad olub Naxçıvan Dövlət Universitetinin "Fənlərin tədrisi metodikası və texnologiya müəllimliyi" kafedrasının dosenti təyin olunub. Hal-hazırda burada pedaqoji fəaliyyətini davam etdirir.
50-yədək elmi, 3000-dən yuxarı elmi- publisistik məqalənin, 2 monoqafiya, Azərbaycan, ingilis, fransız, alman, italyan, portuqal və rus dillərində 7 dərs vəsaitinin müəllifidir. "Naxçıvanın dərman bitkilərinin sənayedə tətbiqi" startap layihəsinin müəllifi, Naxçıvan Startap hərəkatının rəhbəri olub.  "İnnovasiyalar və onların tətbiqi" adlı kitabın redaktoru və tərtibatçısıdır. 
Fəaliyyət göstərdiyi dövrdə müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək beynəlxalq seminar və treninglərdə iştirak edib. 2001-2003-cü illərdə ABŞ səfirliyinin Naxçıvanda müasir mədəniyyət mərkəzi layihəsi üzrə incəsənət meneceri, 2003-2006-cı illərdə ABŞ-ın İREX təşkilatının İnformasiya Texnologiyaları üzrə layihəsinin administratoru, 2012-2015-ci illərdə Cənubi Koreyanın KOİCA şirkətinin Elektron Universitet layihəsinin super administratoru, 2015-2017-ci illərdə Avropa Şurasının Erasmus proqramının Tədrisin təkmilləşdirilməsi üzrə layihə koordinatoru, 2017-2019-cu illərdə Avropa Şurasının Erasmus Proqramının PETRA layihəsinin Naxçıvan koordinatoru olub, 2018-ci ildə Azərbaycan Respublikasının dövlət proqramı ilə İsraildə " Qadınların iqtisadi güclənməsi" layihəsi üzrə 1 aylıq kurs keçərək MASHAV proqramının məzunu olub.
         Türkiyə, Gürcüstan, İran, Kipr, Macarıstan, İtaliya, Niderland, Avstriya, İspaniya, Finlyandiya, Fransa, Belçika, İsrail, Cənubi Koreya və s ölkələdə rəsmi səfərlərdə olub, müxtəlif seminar və treninqlərdə iştirak edib, diplomlar qazanıb.
          Fəaliyyət göstərdiyi müddətdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanları və diplomları ilə mükafatlandırılıb.
         2017-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.
         2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
       Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
         Ailəlidir, bir övladı var.

                  Dərc olunmuş elmi əsərləri və proqramlar.

1. Əli Razi Şəmçizadənin dramaturgiyası, Naxçıvan Dövlət Universiteti, “Elmi əsərlər”, №7, “Qeyrət” nəşriyyatı, Naxçıvan, 2000, s.85-89

2. Şərq qapısı” qəzetinin ilk yubileyi, Naxçıvan Dövlət Universiteti, “Elmi əsərlər”, №9, “Qeyrət” nəşriyyatı, Naxçıvan, 2002, s.94-96

3. Naxçıvanda BasınTarihindən sayfalar, “Türk kültürü”, aylık (Türk kültürü araşdırma enstitüsü),  sayı 470, Haziran 2002, S. 346-350

4. “Şərq qapısı” qəzetinin tarixində mühüm mərhələ, Naxçıvan Dövlət Universiteti, “Elmi əsərlər” №13, “Qeyrət”, Naxçıvan, 2004, S.72-74

5. 1920-ci illər Naxçıvan ədəbi mühiti və mətbuatı Müzəffər Nəsirli yaradıcılığında, Naxçıvan Dövlət Universiteti, “Elmi əsərlər” №17, “Qeyrət” nəşriyyatı, Naxçıvan, 2005, S. 87-91

6. Mirzə İbrahimovun Naxçıvanda ədəbi proses və mətbuatın inkişafında rolu, Azərbaycanda elmin inkişafı və regional problemlər, (AMEA Naxçıvan bölməsi) Bakı, “Nurlan”, 2005, S.277-283          

7. 85 illik tarixin mətbuat salnaməsi, “Naxçıvan mətbuatı: dünən və bu gün”, Naxçıvan Mətbuat Şurası, Naxçıvan, 2006, Səh. 30-53

8. “Ədəbiyyat” və “Sürət” qəzetlərinin nəşri tarixinə bir nəzər, “Naxçıvan mətbuatı: dünən və bu gün”, Naxçıvan Mətbuat Şurası, Naxçıvan, 2006, S.63-73

9. Sovetlər dövründə nəşr olunan ilk müstəqil qəzet, BDU, “Xəbərlər”, 2007, №1, S.178-183

10. Şərq qapısı qəzeti Böyük Vətən Müharibəsi illərində, Naxçıvan Dövlət Universiteti, “Elmi əsərlər” №1 (21), “Qeyrət”, Naxçıvan 2007, S.116-121

11. Heydər Əliyev və “Şərq qapısı” qəzeti, Naxçıvan Dövlət Universiteti, “Elmi əsərlər”, Xüsusi buraxılış, “Qeyrət”, Naxçıvan 2008, S.78-80

12. “Şərq qapısı” qəzetində Naxçıvanda yeni dövr ədəbi mühitinin yaranması məsələləri, Naxçıvan Dövlət Universiteti, “Elmi əsərlər”, “Qeyrət” nəşriyyatı, Naxçıvan 2008, S.120-124

13. “Şərq qapısı” qəzeti­nin nəşri tarixinə dair. “Təhsil ocağı” (Elmi, metodiki və publisistik  jurnal), № 3-4, Bakı, 2008, S. 43-48

14. Şərq qapısı qəzeti və Naxçıvanda ədəbi mühit, Şərq qapısı qəzeti və Naxçıvanda ədəbi mühit 

Bakı, “Elm və təhsil”, 2010

15. Naxçıvanda mətbuatın inkişaf tarixi, Naxçıvan, “Əcəmi”, 2011

16. 90 yaşlı “Şərq qapısı”, 90 yaşlı “Şərq qapısı”, Bakı, Elm və həyat jurnalı, №4 (449),  2011, S. 105-108

17. Mirzə Ələkbər Sabir poeziyasında dramaturgiya elementləri: dialoqlar, Naxçıvan Dövlət Universiteti, “Elmi əsərlər” №2 (42), “Qeyrət”, Naxçıvan 2011, S.12-20

18. M.Ə.Sabir və XX əsrin əvvəlləri Azərbaycan satirik poeziyasında dramaturgiya elementləri, Azərbaycan Müəllimlər İnstitutu, “Xəbərlər” jurnalının xüsusi buraxılışı, 2012, (Respublika Elmi Praktik Konfrans materialları), S. 32-41

19. Heydər Əliyev və Azərbayca sevgisi, Naxçıvan Dövlət Universiteti, “Elmi əsərlər” №1 (50), “Qeyrət”, Naxçıvan 2013, S.28-31

20. Əli Vəliyev və Mirzə İbrahimov Naxçıvanda mətbuat və ədəbi inkişafin təkanverici qüvvəsi kimi, Qars Qafqaz Universiteti, “Azərbaycanşünaslıq: Keçmişi, bu günü və gələcəyi  beynəlxalq simpozium materialları. Qars, 2015, s. 534-541

21. The History of Press in Nakhchivan, Nakhchivan, “Ajami”,  2015

22. Naxçıvanda distant təhsilin tətbiqi imkanlar, Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu, Naxçıvan Dövlət Universiteti və Naxçıvan Müəllimlər İnstitutu, “Azərbaycanda təhsil quruculuğunun prioritetləri: müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi konfransın materialları. Naxçıvan,  2015, s. 40-42

23. XX əsrin əvvəllərində Naxçıvanda yeni dövr ədəbiy­yatının yaranması və inkişaf istiqamətləri, Naxçıvan Dövlət Universiteti, “Elmi əsərlər” №1 (82), “Qeyrət”, Naxçıvan 2017, s.18-21

24. “Şərq Qapısı” qəzeti səhifələrində Naxçıvan ədəbi mühitinə elmi qiymət, Naxçıvan Dövlət Universiteti, “Elmi əsərlər” №5 (86) I cild, “Qeyrət”, Naxçıvan 2017, s.264-268

25. Azərbaycanın görkəmli ədiblərinin Naxçıvanda mətbuatın inkişafında rolu. Naxçıvan Dövlət Universiteti, “Elmi əsərlər” №1 (90), “Qeyrət”, Naxçıvan 2018, s.104-108

26. Гендерное равенство и расширение економичечких возможностей женщин в Азербайджане, Naxçıvan Dövlət Universiteti, “Elmi əsərlər” №2 (91), “Qeyrət”, Naxçıvan 2018, s.152-157

27. The History of Press in Nakhchivan, Printed by books on demand GmbH, GmbH, Norderstedt, Germany, 2018

28. Yüksəliş və inkişafın Naxçıvan modeli, Naxçıvan Muxtar Respublikası Ali Məclisi. “Naxçıvan jurnalı” .

29. Azərbaycan satirik poeziyasında dramaturgiya elementləri, Bakı,  Elm nəşriyyatı, 2018 Dayanıqlı inkişaf, uğurlar, perspektivlər 1995-2020 (xüsusi  buraxılış)

Naxçıvan, 2021

30. The history of press in Nakhchivan, https://opconews.com , London, 12 June, 2021

31. Yüksəliş və inkişafın Naxçıvan modeli. (elmi məqalə) Naxçıvan Muxtar Respublikası Ali Məclisi. “Naxçıvan jurnalı” Dayanıqlı inkişaf, uğurlar, perspektivlər 1995-2020 (xüsusi buraxılış). Naxçıvan, 2021

32. Azərbaycan dövlətçilik tarixində Naxçıvan. Tərəqqi və inkişafın Naxçıvan modeli. “Azərbaycan” qəzeti 16 yanvar 2021

33. The history of press in Nakhchivan. https://opconews.com , London, 12 June, 2021

34. “Şərq qapısı” qəzeti Azərbaycanın müstəqilliyi dövründə. “İki sahil” qəzeti, 20 iyun 2021

35. Naxçıvanın yeni tarixinin mükəmməl salnaməsi. “525-ci qəzet”, 22 iyun 2021

36. Naxçıvanda Yazıçılar Birliyinin yaranması və inkişafı məsələləri "Şərq qapısı" qəzeti səhifələrində. “Ədəbiyyat qəzeti”, 8 iyul 2021

37. First independent newspaper published in Soviet period. Trend.az , July 14, 2021

38. Naxçıvanda Yazıçılar Birliyinin yaranması və inkişafı məsələləri "Şərq qapısı" qəzeti səhifələrində. “Ədəbiyyat qəzeti”, 15 iyul 2021

39. 1.Heydər Əliyev v Şərq qapısı qəzeti2023

40. İnformasiya cəmiyyəti,sivilizasiyanın inkişafınınyeni tarixi kimi

41. New media understanding2023

41.Activity dynamics of internet-journalism in the modern media system2023

42 Typological characteristics of internet journalism2023

43. Media Project–Wikipedia2023

44. Information Society2023

45 .The effects of socialmedia on journalism andthe evelopment paradigm2023

46.. Establishment and development of elektronic newspapers in Azerbaijan 2023

47. 3000 dən çox qəzet məqaləsi