SİP fəaliyyət planı üzrə təsdiqedici sənədlər bazası (2023)

Aşağıdakı istiqamətlər üzrə sənədləri əlavə edin:

  • 1. Tələbə yönümlü təhsil yanaşması mexanizmasının bütün kafedralarda mənimsənilməsi üçün mütəmadi təlimlər təşkil etmək.
  • 2. Təhsildəki yeni trendlərin akademik heyətə çatdırılması üçün beş il boyunca davamlı təlimlər təşkil etmək və heyətin xarici tərəfdaş universitetlərdə mobilliyini təmin etmək.
  • 3. Tədris prosesini ESG standartlarının tələblərinə uyğunlaşdırılmasını təmin etmək.
  • 4. Tədris standartları və proqramları əmək bazarının tələblərinə uyğunlaşdırmaq
  • 5. Təcrübələrin təşkilinin təkmilləşdirilməsi və tələbələrin xaricdə təcrübə keçmək imkanlarını artırmaq
  • 6. Tələbə könüllülük fəaliyyətlərini təkmilləşdirmək və tələbələri bu fəaliyyətlərə cəlb etmək
  • 7. Hər il tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə əcnəbi professor/müəllim heyətini cəlb etmək. Universitetdə yeni tədris və tədqiqat metodlarının tələbə və müəllim heyətinə çatdırmaq
  • 8. İELTS və SAT kimi beynəlxalq imtahanların təşkilini və tələbələrin iştirakını təmin etmək
  • 9. Mentorluq təlimlərinin sayını artırmaq və mentor fəaliyyətlərini dəstəkləmək
  • 10. Əcnəbi tələbələrin qəbul prosedurlarını və tələbəyə dəstək xidmətlərini təkmilləşdirmək
  • 11. Hər il yerli və əcnəbi tələbə qəbul sayını artırmaq
  • 12. Tədqiqatla məşğul olan akademik heyətin ehtiyaclarına uyğun davamlı, peşəkar təlimlər keçmək
  • 13. Scopus və Web of Science indeksli jurnallarda elmi məqalələrin dərc olunmasını təşviq etmək, tədqiqatçıların qlobal elmi məkana inteqrasiyanı sürətləndirmək
  • 14. Dünyanın qabaqcıl universitetlərinin nümayəndələrini dəvət etməklə beynəlxalq səviyyəli elmi tədbirlər (konfrans, konqres, simpozium, forum) təşkil etmək
  • 15. Tələbə və müəllim heyətinin start-up və spin-off layihələr hazırlamasını təmin etmək
  • 16. Layihələrin sənayeyə təqdimi və kommersiyalaşdırlıması üçün festival və yarışmalar kimi fərqli platformalar qurmaq və bu platformalara çıxışı təmin etmək
  • 17. Universitetdə daxildə beynəlmiləlləşmə fəaliyyətlərini həyata keçirmək və bütün fakültələrin beynəlxalq təcrübəni mənimsəməsinə nail olmaq
  • 18. Mövcud əlaqələrin effektivliyini artırmaq və yeni əlaqələrin qurulmasını təmin etmək
  • 19. Spesifik sahələr müəyyən etməklə xarici tərəfdaşlarla əməkdaşlığın effektivliyini artırmaq
  • 20. Tələbə və müəllim heyətinin beynəlxalq online təlimlərdə iştirakını təmin etmək və bacarıqlarının inkişafına nail olmaq
  • 21. Tələbələrin beynəlxalq təhsil təcrübəsi əldə etməsi üçün müxtəlif ölkələrdən olan təhsil müəssisələri ilə tərəfdaşlıq edərək təcrübə proqramları təşkil etmək
  • 22. Müxtəlif ölkələrlə bakalavr və magistr ixtisasları üzrə ikili diplom proqramları təşkil edərək tələbələrin dünya səviyyəsində tanınan diplomlar almasına kömək etmək
  • 23. QS, THE və digər nifuzlu reytinq şirkətlərində universitetin yer tutması üçün zəruri fəaliyyətlərin icrasını təmin etmək
  • 24. Universitetin keyfiyyət təminatına yönəlmiş siyasət və prosedurların formalaşdırılmasına, təhlillərin aparılmasına və icrasına, eləcə də, keyfiyyət mədəniyyətinin təmin olunmasına nail olmaq
  • 25. Keyfiyyət təminatı siyasətini müəyyənləşdirmək
  • 26. Tədris və tədqiqat prosesinin gedişatına nəzarət etmək və təhlillər aparmaq
  • 27. Akademik və inzibati struktur bölmələrinin öz strateji fəaliyyət planlarını hazırlamalarını təmin etmək və icrasını dəstəkləmək
  • 28. Tədris prosesinin təşkili, tədqiqat və innovasiya mühiti ilə bağlı universitetin bütün maraqlı tərəfləri arasında məmnuniyyət sorğuları keçirmək, nəticələrini analiz etmək və tədbirlər paketi hazırlayırlayaraq icrasına nəzarət etmək
  • 29. Monitorinq aparmaq və monitorinq nəticəsində hazırlanmış analitik təhlil hesabatlarını dərc etmək
  • 30. Xarici keyfiyyət təminatı prosedurlarını müəyyən etmək və müxtəlif formatlarda xarici keyfiyyət təminatı prosedurlarında universitetin iştirakının təmin etmək
  • 31. İdarəetmə strukturunun daha da effektiv işləməsi üçün strateji planlamanı tətbiq etmək və əsas prioritetləri müəyyənləşdirmək
  • 32. Səmərəli informasiya mübadiləsini təmin etmək
  • 33. Elektron təhsil platformaları ilə təhsil prosesini idarə etmək
  • 34. İnformasiya təhlükəsizliyini təmin etmək
  • 35. Universitetin infrastrukturunu, laboratoriya, təhsil təminatı və təhsil texnologiyalarını təkmilləşdirmək
  • 36. Tələbələrin sosial mühiti üçün layihələr hazırlayaraq daha keyfiyyətli təhsil mühitini formalaşdırmaq
  • 37. Universitet tələbələrinin davamlı inkişafına, nəticəyönümlüyünə hədəflənmiş sosial layihələrin geniş spektrdə reallaşdırılması
  • 38. Maliyyə daxilolmalarının şaxələndirməsi və çeşidliliyinin artırılmasına nail olmaq
  • 39. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada müxtəlif əlavə xidmətlər göstərməklə maliyyə axınına nail olmaq
captcha