11 noyabr 1991-ci ildə Ordubad şəhərində anadan olmuşdur. 1998-ci ildə Ordubad şəhər 3 saylı orta məktəbinin I sinfinə qəbul olunmuş, 2009-cu ildə həmin məktəbi bitirmişdir. 2009-cu ildə Bakı Dövlət Universitetinin “Coğrafiya” ixtisasına qəbul olunmuş, 2014-cü ildə bakalavr pilləsini bitirmişdir. 2015-2017-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində “Coğrafiyanın tədrisi metodu və metodologiyası” ixtisası üzrə magistr təhsili almışdır. 2010-2015-ci illərdə Ordubad rayon Uşaq Yaradıcılıq Mərkəzində coğrafiya dərnəyinin rəhbəri, 2018-2021-ci illərdə Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyində dövlət qulluqçusu baş məsləhətçi kompüter operatoru vəzifəsində çalışmışdır. 2021-ci ilin 15 dekabr tarixindən Naxçıvan Dövlət Universitetinin coğrafiya kafedrasında kabinə müdiri vəzifəsi üzrə fəaliyyətini davam etdirir.