Zümrüd İmran qızı Nağıyeva

 

Zümrüd İmran qızı Nağıyeva

      1989-cu ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonun Gilançay kəndində anadan olmuşdur. On bir illik  məktəbi Gilançay tam ortab məktəbində oxumuşdur.   Yüksək balla Bakı Dövlət Universitetinin Mexanika-     Riyaziyyat fakultəsinin riyaziyyat ixtisasına daxil olaraq 2010-cu ildə yaxşi nəticə ilə bitirmişdir.

      2010-cü ildə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyazi analiz bölməsi üzrə magistr pilləsinə daxil olmuşdur. 2013-cü ildə isə “ Dirak operatorunun məxsusi və qoşulmuş funksiyaları üçün sürüşmə düsturları ilə   qiymətləndirmələr” mövzusunda disertasiya işi müdafiə etmişdir.

      Əmək fəaliyyətinə 2014-cü ildə İstedad kurslarında başlamışdır. Çalişdığı müddət ərzində yüksək balla ali məktəbə daxil olan onlarla abituriyent yetişdirmişdir.  2021-ci ildə isə Naxçıvan Dövlət Universitetində Ümumi   riyaziyyat kafedrasında müəllim vəzifəsində fəaliyyət göstərir.