Abdullayeva Günel Fərahim qızı

Müəllim

 

 

Günel Fərahim qızı Abdullayeva 1983-cü ildə Naxçıvan Muxtar Res­pub­li­ka­sı Naxçıvan şəhərində anadan olmuş­dur. 1989-2000-cu illərdə Naxçıvan şəhər 15 saylı orta məktəbdə təhsil almış və məktəbi fərqlənmə attestatı ilə bitirmişdir. 2000-ci ildə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin Pediatriya ixtisasına daxil olmuş, 2006-cı ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirərək və 1 il internatura keçərək “Ümumi cərrahiyyə” üzrə həkim-pediatr ixtisasına yiyələnmişdir.

2007-2009-ci illərdə təyinatı üzrə Naxçıvan şəhər Müalicə və Diaqnostika mərkəzində Patoloq-anatom, 2009-2010-cu illərdə Naxçıvan şəhər Əlillərin Bərpa Mərkəzində baş həkim, 2010-2012-ci illərdə Naxçıvan Muxtar Respublika Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya birliyində Şahbuz rayon şöbəsinin rəisi təyin olunmuşdur. 2012-ci ildən etibarən isə Culfa-Ordubad rayonlararası şöbəsinin rəisi vəzifəsində çalışır.

2012-ci ildən etibarən Naxçıvan Dövlət Universitetinin Təməl tibb fənləri kafedrasında müəllim vəzifəsinə təyin olunmuşdur.

2016-cü ildən Naxçıvan Dövlət Universitetinin dissertantıdı, “Askarid qurdların bağırsağında baş verən patoloji anatomik dəyişkənliklər” mövzusu üzrə elmi araşdırmalar aparır.